Vakansiya haqqında
Namizədə olan tələblər:
Ali təhsil(Hüquq);
Hüquq sahəsində minimum 1 il iş təcrübəsi;
Bank, bank olmayan kredit təşkilatı və ya lizinq şirkətlərində hüquq sahəsi üzrə iş təcrübəsinin olması;
Məhkəmə işlərinin aparılması və prosessual sənədlərin hazırlanması üzrə ilkin praktiki təcrübə;
Kredit və lizinq müqavilələrindən irəli gələn hüquqi münasibətlər və mübahisələr barədə praktiki biliklər;
Elektron məhkəmə informasiya sistemi ilə işləmək bacarığı;
MS Office proqramlarında, xüsusilə Word və Excel-də işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
Lizinq müqavilələrindən və digər mülki-hüquqi münasibətlərdən irəli gələn mübahisələr üzrə məhkəmə işlərinin aparılması;
İddia ərizələrinin, etirazların, vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin, habelə digər prosessual sənədlərin hazırlanması;
Müvafiq səlahiyyətlər əsasında şirkətin məhkəmələrdə təmsil edilməsi və məhkəmə iclaslarında iştirak;
Məhkəmə işləri üzrə zəruri sənədlərin və sübutların toplanması, təhlili və sistemləşdirilməsi;
Məhkəmə proseslərinin gedişatının, məhkəmə iclaslarının tarixlərinin və prosessual müddətlərin izlənilməsi;
Məhkəmə qərarlarının təhlili və növbəti prosessual tədbirlərlə bağlı təkliflərin hazırlanması;
Məhkəmə aktlarının icraya yönəldilməsi ilə bağlı zəruri prosedurların həyata keçirilməsi və işlərin icra üzrə məsul hüquqşünasa təhvil verilməsi;
Elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəmə işlərinin izlənilməsi və müvafiq əməliyyatların aparılması;
Məhkəmə işləri üzrə elektron reyestrin aparılması və məlumatların mütəmadi yenilənməsi;
Görülmüş işlər, əldə edilmiş nəticələr, mövcud problemlər və növbəti tədbirlər barədə həftəlik və aylıq hesabatların hazırlanması;
Hüquq şöbəsinin fəaliyyət istiqamətləri üzrə digər tapşırıqların yerinə yetirilməsi.
İş şərtlərimiz:
İş qrafiki: 5 günlük;
İş saatları: 08:30-17:30.
İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Məhkəmə işləri üzrə hüquqşünas” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
