Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azmaş Lizinq MMC

Satış üzrə mütəxəssis (Traktor satışı üzrə)

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Azmaş Lizinq MMC komandasına traktor və kənd təsərrüfatı texnikalarının satışı üzrə təcrübəli və ya bu sahədə inkişaf etmək istəyən satış mütəxəssisi axtarır. Əmək haqqı: 1000 Azn + bonus Əsas vəzifə öhdəlikləri: Potensial müştərilərin axtarılması və yeni müştəri bazasının yaradılması; Traktor və kənd təsərrüfatı texnikalarının müştərilərə təqdim edilməsi; Müştərilərlə görüşlərin keçirilməsi və satış prosesinin idarə olunması; Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun texnikanın təklif edilməsi; Satış planlarının yerinə yetirilməsi; Müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması; Rəhbərliyə satış fəaliyyəti üzrə hesabatların təqdim edilməsi. Namizədə tələblər: Yaş: 22-50 Ali təhsil arzuolunandır. Satış sahəsində iş təcrübəsi arzuolunandır; Güclü ünsiyyət və təqdimat bacarığı; Danışıqlar aparmaq və inandırma qabiliyyəti; Komandada işləmək bacarığı; MS Office proqramlarından istifadə bacarığı; Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq. İş yeri: Qaradağ rayonu, Salyan şossesi ev 2 CV-lərinizi mövzu hissəsində “Satış üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.