Vakansiya haqqında
Əsas Öhdəliklər və İş Təsviri:
Mağazaya daxil olan müştəriləri gülərüzlə qarşılamaq və onlara yüksək səviyyədə xidmət göstərmək;
Müştərilərin ehtiyaclarını müəyyən edərək onlara uyğun məhsulları təklif etmək və məsləhət vermək;
Məhsulların xüsusiyyətləri, qiymətləri və kampaniyalar barədə müştəriləri ətraflı məlumatlandırmaq;
Satış hədəflərinin yerinə yetirilməsini təmin etmək;
Mağazadakı məhsulların vitrinə nizamla düzülüşünə və təmizliyinə nəzarət etmək;
Komputer əməliyyatları düzgün icra etmək.
Namizədə Dair Tələblər:
Təhsil: Ali və ya orta-ixtisas təhsili;
Təcrübə: Satış sahəsində iş təcrübəsi (Təcrübəsiz namizədlər də öyrədilmək şərtilə müraciət edə bilərlər);
Ünsiyyətcil, pozitiv və komandada işləmək bacarığı;
Səliqəli və xoş xarici görünüş.
Biz Nə Təklif Edirik?
Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
Əmək haqqı: Fiks maaş + satış faizi və bonuslar
Rəqabətə davamlı əməkhaqqı və fəaliyyətə əsaslanan əlavə Faiz/Bonus sistemi;
Karyera yüksəlişi və şəxsi inkişaf imkanları;
Şirkət daxili təlimlər.
Vakansiya olan digər bölgələrimiz: Lənkəran, Cəlilabad, Biləsuvar, Salyan, Şirvan, İmişli, Beyləqan, Füzuli
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
