Vakansiya haqqında
Parla Pharmaceuticals vakansiya elan edir.
Şirkətimizdə Əməliyyatlar üzrə koordinator vakansiyası aktivdir.
Tələblər
Ali təhsilini Maliyyə, İqtisadiyyat, Mühasibatlıq, Biznes İdarə edilməsi və ya buna bənzər fakultələri bitirmiş ,
İş Təcrübəsi 1-3 il arasında, gənc namizədlər müraciət edə bilərlər.
Vəzifə öhdəlikləri:
Gündəlik gələn sifarişlərin və iadələrin işlənməsi, qeydiyyatının aparılması, müvafiq şöbələrlərlə koordinasiya edilib icra edilməsi və aylıq satış hesabatlarının işlənilməsi, debitor borcların və ödənişlərin izlənilməsi və qeydiyyatını təmin etmək.
Ölkəxarici sifarişlərin icrası, izlənilməsi, xammal qalığına nəzarət və müvafiq şöbələrlə izlənilməsi, təchizat-logistika işlərinin, həmçinin gömrük rəsmiləşdirilməsi proseslərinin koordinasiyasının təşkili və nəzarətini təmin etmək.
Gündəlik ödənişlərin icrasında, xərc planlamasında, xərclərə nəzarət və hesabatlılığın aparılmasında dəstək olmaq və iştirak etmək.
Məhsulların maya dəyərinin və kommersiya təklifləri üzrə mənfəətin hesablanmasını, dərman qiymətlərinin təsdiqi proseslərinin icrasını dəstəkləmək.
Yerli və xarici tərəfdaşlarla işgüzar yazışmaları aparmaq və əlaqələndirməni təmin etmək.
Əməliyyat sənədlərinin hazırlanması, arxivləşdirilməsi və gündəlik əməliyyatların icrasında dəstək göstərmək.
İş şəraiti
Tam ştat- 09:00-18:00- 5 gün
İş Yeri: Time Biznes Mərkəzi - Parla Pharmaceuticals MMC
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
