Vakansiya haqqında
Supertoys komandamıza Sədərək filialında çalışmaq üçün məsuliyyətli, analitik düşünmə qabiliyyətinə malik və maliyyə sahəsində təcrübəli Debitor borclar üzrə mütəxəssis axtarırıq.
İş yeri: Sədərək
Əməkhaqqı: 1 000 AZN
Əsas vəzifə öhdəlikləri
Debitor borcların mütəmadi izlənilməsi, həftəlik borclanma barədə məlumatlandırmanın aparılması və borcların yaşlandırılması (Aging) hesabatının hazırlanması;
Satış komandasının debitor borclar, ödəniş statusları və müqavilə şərtləri barədə həftəlik və aylıq məlumatlandırılması;
Debitor borclar üzrə ödənişlərin təmin edilməsi və daxilolmaların müvafiq əməkdaşlarla operativ koordinasiyası;
Gecikmiş borclarla bağlı risklərin qiymətləndirilməsi, müvafiq tədbirlərin təklif edilməsi və icrasının təmin olunması;
Reallaşdırılmış satışlar üzrə elektron qaimələrin düzgün tərtib edilməsinə nəzarət;
İşlərin müəyyən edilmiş son icra müddətlərinə (deadline) uyğun tamamlanması və komanda daxilində iş prosesinin koordinasiyası;
Çatışmazlıqlar, uyğunsuzluqlar və potensial maliyyə riskləri barədə müvafiq departamentlərin məlumatlandırılması;
Müştərilərlə aylıq və ya rüblük üzləşmələrin aparılması və nəticələrin təhlili;
Problemli, şübhəli və ümidsiz debitor borcların müəyyənləşdirilməsi və müvafiq hesabatların hazırlanması.
Namizədə tələblər
İqtisadiyyat və ya maliyyə sahəsi üzrə ali təhsil;
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
Vergi və elektron qaimə-faktura əməliyyatları üzrə bilik və araşdırma aparmaq bacarığı;
Yüksək analitik düşünmə və təhlil bacarığı;
MS Excel proqramında sərbəst işləmək, xüsusilə məlumatların təhlili üçün əsas funksiyalardan istifadə etmək bacarığı;
Məsuliyyətlilik, diqqətlilik və detallara həssas yanaşma;
Komanda ilə effektiv kommunikasiya və vaxtın düzgün idarə edilməsi bacarığı.
CV-lərinizi mövzu hissəsində “Debitor borclar üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
