Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Verilmiş texniki tapşırıq əsasında sadə və orta mürəkkəblikdə PL/SQL prosedurlarının, funksiyaların, triggerlərin və paketlərin hazırlanmasında iştirak edir;
Verilənlər bazasına sorğular yazır, məlumatların daxil edilməsi, saxlanması, emalı və çıxarılması ilə bağlı texniki həllərin hazırlanmasında dəstək verir;
Hazırlanmış proqram modullarının ilkin testlərini aparır, test nəticələrini sənədləşdirir və aşkar edilmiş səhvlərin aradan qaldırılmasında iştirak edir;
Proqramların texniki və istismar sənədlərinin hazırlanmasında iştirak edir;
Verilənlər bazasında yaranan problemləri analiz etməkdə və onların aradan qaldırılmasında təcrübəli əməkdaşlara dəstək verir;
Rəhbərliyin göstərişlərinə əsasən proqram təminatının sazlanması və yenilənməsi işlərində iştirak edir;
Məlumat bazası strukturuna (cədvəllər, view-lar, indekslər və s.) uyğun kodların yazılmasında komanda ilə birgə çalışır;
Proqram təminatının müşayiətində və istifadəçilərin suallarının cavablandırılmasında iştirak edir;
İcra etdiyi tapşırıqlarla bağlı gündəlik və ya həftəlik hesabatlar təqdim edir.
Tələblər:
İş təcrübəsi- 1-3 il
Dil biliyi- Azərbaycan dili- yüksək,İngilis dili-orta
Oracle SQL
PL SQL
Biz sizə nə təklif edirik?
Karyera inkişafı üçün əlverişli mühit;
Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
Komanda quruculuq tədbirlərində iştirak imkanı;
İdman zallarında endirim imkanları;
Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
Könüllü tibbi sığorta;
Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq qeydiyyatdan keçib, müraciət edə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
