Vakansiya haqqında
AT-Geotech şirkətlər qrupuna daxil olan müəssisələrdən birində “Tabelçi” vakansiyası üzrə namizəd axtarılır.
Vəzifə Öhdəlikləri:
Layihələr üzrə işçilərin davamiyyətinə nəzarət edilməsi, tabelin müvafiq ERP proramında işlənilməsini təmin etmək;
İş vaxtı tabelinin düzgün və vaxtında hazırlanması
Növbəli iş rejimi, əlavə iş saatları, gecə növbələri və istirahət günlərinin tabeldə əks etdirilməsi
Məzuniyyət, xəstəlik vərəqəsi və işə çıxmama hallarının tabel üzrə uçotu;
Tabel məlumatlarının mühasibatlıq və insan resursları şöbəsinə təqdim edilməsi;
Tabel sənədlərinin məxfiliyinin və düzgünlüyünün təmin edilməsi
Namizədə tələblər:
Ali təhsil (İqtisadiyyat, Biznes idarəçiliyi və s.)
Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə əsas biliklər;
Tabelçilik üzrə minimum 1 il iş təcrübəsi;
MS Office proqramlarında (xüsusilə Excel) işləmək bacarığı;
Məlumatların sistemə düzgün və vaxtında daxil edilməsi bacarığı;
Nəzarət və qərar qəbul etmə bacarığı;
Diqqətlilik, məsuliyyət və məxfi məlumatlarla işləmə bacarığı;
Komandada işləmə bacarığı və öyrənməyə açıqlıq.
Əmək şəraiti:
İş yeri: Xırdalan
İş rejimi: 5 günlük
Əmək haqqı: 700 Azn
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində vakansiya adını qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
