Vakansiya haqqında
Vakansiya: Mayalandırma mütəxəssis
Vəzifəyə tələblər:
Baytarlıq, zootexnika, heyvandarlıq və ya digər müvafiq ixtisas üzrə ali və ya orta ixtisas təhsili;
Süni mayalanma sahəsində praktiki iş təcrübəsi;
İribuynuzlu heyvanlarda reproduktiv fiziologiya və cinsi dövrün xüsusiyyətləri üzrə bilikl ər;
Süni mayalanma texnikası və mayalanma prosesinin təşkili üzrə təcrübə;
Hamiləliyin müəyyən edilməsi və reproduktiv göstəricilərin qiymətləndirilməsi üzrə biliklər;
Heyvanların identifikasiyası və reproduktiv məlumatların qeydiyyatının aparılması bacarığı.
Vəzifə öhdəlikləri:
Heyvanların reproduktiv dövrünü mütəmadi izləmək və süni mayalanma prosesini həyata keçirmək;
Mayalanma üçün nəzərdə tutulan heyvanların sağlamlıq və reproduktiv vəziyyətini qiymətləndirmək;
Mayalanmadan sonra heyvanların reproduktiv vəziyyətini izləmək və hamiləliyin müəyyən edilməsini təmin etmək;
Reproduktiv problemləri vaxtında aşkar etmək və onların aradan qaldırılması istiqamətində baytar həkimlə birgə fəaliyyət göstərmək;
Mayalanma, hamiləlik, doğuş və digər reproduktiv göstəricilərlə bağlı məlumatların qeydiyyatını aparmaq və müvafiq hesabatlar hazırlamaq;
Sürünün reproduktiv effektivliyinin artırılması və doğuşlararası intervalın optimallaşdırılması istiqamətində tədbirlər həyata keçirmək;
Təsərrüfatın məhsuldarlıq hədəflərinə uyğun olaraq reproduktiv proseslərin səmərəli idarə edilməsinə və süd istehsalının davamlılığının təmin olunmasına dəstək göstərmək.
İş şərtləri:
İş ünvanı: Kürdəmir rayonu;
İş qrafiki: 6 günlük;
Nahar şirkət tərəfindən təmin edilir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Mayalandırma mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
