Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azersun Holding

Aqronom (İmişli)

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifəyə tələblər: Aqronomluq ixtisası üzrə ali təhsil; Aqronom vəzifəsində iş təcrübəsi; Bitkiçilik, xüsusilə dənli bitkilər və şəkər çuğundurunun becərilməsi üzrə biliklər; Aqrotexniki tədbirlər, gübrələmə, dərmanlama və bitki mühafizəsi sahəsində bilik və təcrübə; Torpaq münbitliyi, məhsuldarlığın artırılması və əkin proseslərinin təşkili üzrə biliklər; Ünsiyyət və təşkilatçılıq bacarıqları; Sahə şəraitində işləmək və operativ qərarlar qəbul etmək bacarığı. Vəzifə öhdəlikləri: Xidmət göstərilən ərazidə kənd təsərrüfatı bitkiləri üzrə aqrotexniki və texnoloji qaydaların düzgün tətbiqini təmin etmək; Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması, torpağın münbitliyinin qorunması və yüksəldilməsi məqsədilə zəruri tədbirləri həyata keçirmək; Kənd təsərrüfatına yararlı torpaq sahələrindən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadənin təşkilinə nəzarət etmək; Dənli bitkilərin sort və toxum əkinlərində, eləcə də çoxillik əkin sahələrində aqrotexniki qaydalara uyğun becərilmə prosesini izləmək; Alaq otlarına, zərərvericilərə və bitki xəstəliklərinə qarşı mübarizə tədbirlərinin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək; Şəkər çuğunduru istehsalı üzrə torpaq sahələrinin və toxum sortlarının seçilməsində, əkin, becərmə və yığım müddətlərinin müəyyən edilməsində iştirak etmək; Şəkər çuğundurunun əkilməsi, becərilməsi, xəstəlik və zərərvericilərdən mühafizəsi, məhsulun yığılması və təhvil verilməsi proseslərini təşkil etmək və onlara nəzarət etmək; Şəkər çuğunduru sahələrində gübrələmə və bitki mühafizə preparatlarının tətbiqinin müəyyən edilmiş müddətlərdə və aqrotexniki tələblərə uyğun aparılmasını təmin etmək. İş vaxtının norması: 5 günlük iş rejimi. İstirahət günü: Şənbə və Bazar günü. İş Yeri: İmişli rayonu. Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər: Əmək haqqı: Razılaşma yolu ilə. Nahar şirkət tərəfindən təmin edilir. Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər bilərsiniz. Email-in mövzu hissəsində “Aqronom (İmişli)” qeyd etməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.