Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

PASHA Insurance

Maliyyə departamentinin rəhbəri

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Maliyyə departamentinin rəhbəri Vakansiya haqqında məlumat: PAŞA Sığorta ASC namizədləri Maliyyə departamentinin rəhbəri vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir. Biz, şirkətin strateji məqsədlərinə uyğun olaraq maliyyə siyasətini formalaşdıran və həyata keçirən, Maliyyə Nəzarəti, Mühasibatlıq və Hesabatlıq şöbələrinə rəhbərlik edən strateji lider axtarışındayıq. Bu vəzifə, maliyyə resurslarının səmərəli idarə edilməsini, mühasibat uçotunun yerli qanunvericilik və IFRS standartlarına uyğunluğunun təmin edilməsini, vergi planlaşdırılmasını və maliyyə proseslərinin rəqəmsallaşdırılmasını əhatə edir. Siz, şirkətin maliyyə fəaliyyətinə hərtərəfli nəzarəti həyata keçirərək, idarə heyətinə strateji tövsiyələr təqdim etməklə biznesin dayanıqlı inkişafına mühüm töhfə verəcəksiniz. Öhdəliklər Şirkətin strateji məqsədlərinə uyğun maliyyə strategiyasını və siyasətini hazırlamaq və icrasına rəhbərlik etmək; Maliyyə Nəzarəti, Mühasibatlıq və Hesabatlıq şöbələrinin fəaliyyətinə ümumi rəhbərlik etmək və onların koordinasiyasını təmin etmək; Mühasibat uçotunun yerli qanunvericiliyin tələblərinə və Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (IFRS) uyğunluğuna strateji nəzarəti həyata keçirmək; Vergi planlaşdırılması və qanunvericiliyə uyğun vergi optimallaşdırılması mexanizmlərinin tətbiqinə rəhbərlik etmək; İdarəetmə uçotu sisteminin və daxili maliyyə hesabatlılığının formalaşdırılmasına və inkişafına rəhbərlik etmək; Maya dəyərinin təhlili, xərclərin idarə olunması və maliyyə göstəricilərinin optimallaşdırılması üzrə analitik fəaliyyətləri təşkil etmək; Maliyyə proses və prosedurlarının təkmilləşdirilməsi, rəqəmsallaşdırılması və avtomatlaşdırılması təşəbbüslərini həyata keçirmək; Xarici audit və vergi yoxlamaları proseslərinin koordinasiyasını və idarə edilməsini təmin etmək; Şirkətin maliyyə vəziyyəti üzrə mütəmadi təhlillər aparmaq və rəhbərliyə strateji tövsiyələr təqdim etmək. Bilik və Bacarıqlar Maliyyə strategiyasının hazırlanması və icrası üzrə dərin biliklər; İdarəetmə uçotu və daxili hesabatlılıq sistemlərinin qurulması bacarığı; Vergi qanunvericiliyi və vergi planlaşdırılması sahəsində səriştəlilik; Maliyyə təhlili, xərclərin optimallaşdırılması və performansın artırılması üzrə güclü analitik bacarıqlar; Maliyyə risklərinin idarə olunması və nəzarət mexanizmlərinin tətbiqi bacarığı; Beynəlxalq Maliyyə Hesabatları Standartları (xüsusilə IFRS 17) üzrə biliklər; MS Excel və digər analitik proqramlarda yüksək səviyyədə işləmə bacarığı; Strateji düşünmə, faktlara əsaslanan qərarvermə və problem həll etmə qabiliyyəti; Güclü liderlik, komanda idarəetmə və təqdimat bacarıqları; Dil bilikləri: Azərbaycan, İngilis, Rus Təhsil və Təcrübə Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil; Maliyyə sahəsində minimum 5 il iş təcrübəsi; Rəhbər vəzifədə (Departament rəhbəri/Direktor/CFO səviyyəsində) minimum 3-5 il təcrübə; ACCA, CPA, CFA və ya digər müvafiq beynəlxalq sertifikatların olması üstünlükdür; Sığorta, bank və ya böyük korporativ mühitdə iş təcrübəsi üstünlükdür. Biz Sizə Təklif Edirik Dəyər yaradan işlər Qərarların qəbulunda iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı. Birlikdə güclənən komanda Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. Davamlı inkişaf imkanları Yeni biliklər əldə etmək, təcrübənizi zənginləşdirmək və peşəkar inkişafınızı davam etdirmək üçün geniş imkanlar. Etimada əsaslanan iş mühiti Fikirlərinizə dəyər verilən, təşəbbüslərinizin dəstəkləndiyi və inkişafınıza investisiya qoyulan iş mühiti. Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. PASHA Insurance OJSC invites candidates to apply for the position of Head of Finance Department and become a member of our professional team. We are seeking a strategic leader to develop and implement the company's financial policy in line with our strategic objectives, while also leading the Financial Control, Accounting, and Reporting departments. This role encompasses the efficient management of financial resources, ensuring compliance of accounting with local legislation and IFRS standards, managing tax planning, and driving the digitalization of financial processes. You will contribute significantly to the sustainable growth of the business by exercising comprehensive control over the company's financial activities and providing strategic recommendations to the management board. Responsibilities Develop and lead the implementation of the company's financial strategy and policy in alignment with strategic goals; Provide overall leadership and coordination for the Financial Control, Accounting, and Reporting departments; Ensure strategic oversight of accounting compliance with local legislation and International Financial Reporting Standards (IFRS); Lead the application of tax planning and tax optimization mechanisms in accordance with legislation; Lead the formation and development of the management accounting system and internal financial reporting; Organize analytical activities for cost analysis, expense management, and optimization of financial indicators; Implement initiatives for the improvement, digitalization, and automation of financial processes and procedures; Ensure the coordination and management of external audits and tax inspection processes; Conduct regular analyses of the company's financial position and provide strategic recommendations to management. Knowledge and Skills In-depth knowledge of financial strategy development and execution; Ability to build management accounting and internal reporting systems; Competence in tax legislation and tax planning; Strong analytical skills for financial analysis, cost optimization, and performance improvement; Ability to manage financial risks and implement control mechanisms; Knowledge of International Financial Reporting Standards (especially IFRS 17); High-level proficiency in MS Excel and other analytical software; Strategic thinking, fact-based decision-making, and problem-solving skills; Strong leadership, team management, and presentation skills; Language skills: Azerbaijani, English, Russian Education and Experience Higher education in Finance, Accounting, Economics, or a related field; A minimum of 5 years of professional experience in finance; A minimum of 3-5 years of experience in a senior leadership role (Department Head/Director/CFO level); ACCA, CPA, CFA, or other relevant international certifications are an advantage; Experience in the insurance, banking, or a large corporate environment is an advantage. What We Offer Meaningful Work Opportunity to contribute to the Company’s success by participating in decision-making processes and driving positive change. A Team That Grows Together Opportunity to work in a professional, supportive, and collaborative team environment. Continuous Development Opportunities Access to a wide range of learning and development opportunities to enhance your knowledge, skills, and professional experience. A Trust-Based Work Environment A workplace where your ideas are valued, your initiatives are encouraged, and your professional growth is supported. Only candidates who meet the initial selection criteria will be contacted. Interested candidates can apply by clicking the link provided in the "Apply" button.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.