Vakansiya haqqında
GemZA Group komandası olaraq inkişaf edən fəaliyyət istiqamətlərimiz üzrə yeni əməkdaşların komandamıza qoşulmasını məmnuniyyətlə gözləyirik.
Hazırda aşağıdakı vakansiyalar üzrə namizəd müraciətləri qəbul edilir:
Sahə Mühəndisi (Field Engineer)
Mexanik (Neft-Qaz Sektoru üzrə)
Texnik
CNCOperatoru
Kimlər müraciət edə bilər?
Ali və ya orta ixtisas təhsilini yeni başa vurmuş məzunlar;
Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsinə malik namizədlər;
Texniki biliklərini inkişaf etdirmək və karyera qurmaq istəyən gənc mütəxəssislər;
Dinamik mühitdə işləməyə və öyrənməyə həvəsli şəxslər.
Vakansiyalar üzrə əsas tələblər
Sahə Mühəndisi
Mexanika, maşınqayırma, neft-qaz, enerji və ya əlaqəli sahələr üzrə ali təhsil;
Texniki sənədlərlə işləmək bacarığı;
Sahə işlərinə və ezamiyyətlərə hazır olmaq;
İngilis dili biliyi üstünlük hesab olunur;
MS Office proqramlarında işləmək bacarığı.
Mexanik (Neft-Qaz Sektoru üzrə)
Mexanika və ya əlaqəli texniki sahə üzrə təhsil;
Nasoslar, kompressorlar, klapanlar və digər fırlanan avadanlıqlar haqqında ilkin biliklər;
Avadanlıqların texniki baxışı və təmiri sahəsinə maraq;
Komandada işləmək bacarığı.
Texnik
Texniki sahə üzrə orta ixtisas və ya ali təhsil;
Mexaniki və ya elektrik avadanlıqları ilə işləməyə maraq;
Yeni bilik və bacarıqları tez mənimsəmə qabiliyyəti;
Məsuliyyətli və nizam-intizamlı yanaşma.
CNC Operatoru
CNC dəzgahları ilə işləmək üzrə bilik və ya ilkin təcrübə;
Texniki çertyojları oxuma bacarığı;
Ölçü alətlərindən istifadə bacarığı;
CNC proqramlaşdırılması üzrə biliklər üstünlük hesab olunur.
Biz nə təklif edirik?
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
Təcrübəli mütəxəssislərlə işləmək imkanı
Davamlı təlim və öyrənmə mühiti
Böyük sənaye, neft-qaz layihələrində iştirak
Rəqabətli əməkhaqqı və motivasiya proqramları
Azərbaycanda və xaricdə həyata keçirilən layihələrdə çalışmaq imkanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız uğurlu namizədlər mühasibəyə dəvət olunacaqlar.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
