Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ABV

Kateqoriya üzrə operator

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş yeri: Bakı şəhəri İş qrafiki: Tam iş günü ABV.az komandamıza məsuliyyətli, dəqiq və operativ işləmə bacarığına malik Kateqoriya üzrə operator axtarır! Vəzifə öhdəlikləri Məhsulların kateqoriyalar üzrə sistemdə düzgün qeydiyyatını və təsnifatını həyata keçirmək; Məhsullara aid məlumatların (ad, kod, qiymət, kateqoriya və digər göstəricilər) informasiya sisteminə daxil edilməsini təmin etmək; Məhsul bazasının mütəmadi yenilənməsi və məlumatların düzgünlüyünə nəzarət etmək; Yeni məhsulların sistemə əlavə edilməsi və mövcud məhsul məlumatlarının redaktə olunmasını həyata keçirmək; Məhsul çeşidləri, qiymət dəyişiklikləri və kateqoriyalar üzrə məlumatları izləmək; Kateqoriya üzrə məsul şəxslərlə əməkdaşlıq edərək məlumatların vaxtında yenilənməsini təmin etmək; Məhsul məlumatlarında yaranan uyğunsuzluqları müəyyən etmək və aradan qaldırılması üçün müvafiq tədbirlər görmək; Kateqoriyalar və məhsul bazası üzrə gündəlik və dövri hesabatların hazırlanmasında iştirak etmək; Rəhbərlik tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları icra etmək. Namizədə tələblər Ali və ya orta ixtisas təhsili; Müvafiq sahədə iş təcrübəsi arzuolunandır; MS Office proqramları, xüsusilə MS Excel üzrə yaxşı biliklər; Məlumatların daxil edilməsi və elektron bazalarla işləmək bacarığı; Azərbaycan və rus dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı; Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət; Analitik düşünmə və operativ qərarvermə bacarığı; Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı. İş şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi; Stabil və peşəkar iş mühiti; Karyera və peşəkar inkişaf imkanları; Əməkhaqqı müsahibə əsasında müəyyən edilir. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kateqoriya üzrə operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.