Vakansiya haqqında
Skincode Estetik Klinika komandasına Klinika üzrə köməkçi (Clinic Assistant) axtarılır.
Vəzifə öhdəlikləri:
Klinikaya gələn pasiyentlərin qarşılanması və yönləndirilməsi;
Pasiyentlərə klinika daxilində lazımi dəstəyin göstərilməsi;
Həkimlərə və klinika əməkdaşlarına gündəlik iş prosesində kömək edilməsi;
Klinikada gündəlik təşkilati işlərin həyata keçirilməsinə dəstək;
Lazımi sənədlərin və materialların çatdırılması;
Klinikanın daxili nizam-intizamının qorunmasına dəstək;
Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası.
Namizədə tələblər:
Azərbaycan və rus dillərində ünsiyyət bacarığı (rus dili mütləqdir);
Yüksək ünsiyyət və komanda ilə işləmək bacarığı;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Mehriban, nəzakətli və səliqəli olmaq;
Tibbi sahədə iş təcrübəsi üstünlükdür.
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil küçəsi 72;
İş qrafiki: 6 günlük iş həftəsi
Əməkhaqqı: 600 AZN net.
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində "Klinika üzrə köməkçi" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Əlaqə: 055 225 06 36
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
