Vakansiya haqqında
Titan Group komandası sosial media idarəçiliyi və peşəkar foto-video çəkiliş sahəsində inkişaf etmək istəyən, kreativ, təşəbbüskar və öyrənməyə həvəsli namizədləri təcrübə proqramına dəvət edir. Proqram çərçivəsində iştirakçılar real iş mühitində çalışaraq SMM, foto-video çəkiliş və kontent hazırlanması sahəsində praktiki bilik və bacarıqlar əldə etmək imkanı qazanacaqlar.
Əsas vəzifə və öhdəliklər:
Şirkətin sosial media hesabları üçün kontentlərin hazırlanmasında iştirak etmək;
Peşəkar Canon kamera vasitəsilə məhsul və şirkət çəkilişlərini həyata keçirmək;
Foto və video çəkilişlərinin hazırlanması və təşkilində iştirak etmək;
Instagram Reels, TikTok və digər sosial media platformaları üçün video kontentlər hazırlamaq;
Çəkilmiş foto və videoların montajını həyata keçirmək;
Sosial media üçün kreativ kontent ideyaları təklif etmək;
Sosial media trendlərini izləmək və yeni formatları tətbiq etmək;
Kontent planının hazırlanması və icrasında iştirak etmək.
Namizədə dair tələblər:
SMM və foto-video kontent sahəsinə maraq;
Foto və video çəkilişlərinə həvəs və bu sahədə inkişaf istəyi;
Peşəkar kamera ilə işləməyi öyrənməyə maraq;
CapCut, Adobe Premiere Pro və ya digər video montaj proqramlarından istifadə bacarığının olması üstünlükdür;
Instagram və TikTok platformalarını yaxşı tanımaq;
Kreativ düşüncə və estetik baxışa malik olmaq;
Öyrənməyə və peşəkar inkişafa yüksək motivasiya;
Komanda ilə işləmək bacarığı.
Təcrübə proqramının şərtləri:
Müddət: İlk 2 ay ödənişsiz təcrübə proqramı;
Praktiki təcrübə: Peşəkar Canon kamera ilə real çəkiliş proseslərində iştirak;
İnkişaf imkanları: SMM, foto-video çəkiliş və kontent hazırlanması sahəsində praktiki bilik və bacarıqların əldə edilməsi;
İşə qəbul imkanı: Təcrübə proqramını uğurla tamamlayan namizədin şirkətdə 500 AZN başlanğıc əmək haqqı ilə işə qəbul olunma imkanı;
Nahar: Şirkət tərəfindən təmin olunur;
Servis: Yeni suraxanı dairəsi və Binə qəsəbəsindən mövcuddur.
İş qrafiki və ünvan:
İş qrafiki: Həftəiçi 5 gün, 09:00–18:00;
İş ünvanı: Binə qəsəbəsi.
Təcrübə proqramında iştirak etmək istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından istifadə edilməsi xahiş olunur:
“SMM Menecer / Foto-Video Kontent Mütəxəssisi – Təcrübə Proqramı”
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
