Vakansiya haqqında
“Cronos Construction” MMC peşəkar komandamıza qoşulmaq üçün təcrübəli Konstruktor axtarır.
Vəzifə öhdəlikləri:
Tikinti layihələri üzrə konstruktiv layihələrin və işçi çertyojların hazırlanması;
Konstruktiv hesablamaların aparılması;
Texniki sənədlərin hazırlanması və layihə tələblərinə uyğunluğunun təmin edilməsi;
Layihələr üzrə texniki məsələlərin həllində iştirak;
Digər mühəndislik bölmələri ilə koordinasiyanın təmin edilməsi.
Namizədə dair tələblər:
Müvafiq sahə üzrə ali təhsil;
Konstruktor vəzifəsi üzrə 3–5 il iş təcrübəsi;
Tikinti norma və qaydaları üzrə biliklər;
AutoCAD və müvafiq layihələndirmə proqramlarında işləmək bacarığı;
Texniki çertyojları oxumaq və hazırlamaq bacarığı;
Məsuliyyətlilik, dəqiqlik və komanda ilə işləmək bacarığı.
İş şəraiti və təminatlar:
İş qrafiki: 5 günlük iş rejimi, saat 09:00–18:00;
Rəsmi əmək müqaviləsi;
Nahar şirkət tərəfindən təmin olunur;
Əməkhaqqı: Müsahibə əsasında müəyyən edilir.
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Konstruktor” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
