Vakansiya haqqında
İş şəraiti
Şirkət: Kartaş Kimya (mr.fix) , tikinti kimyəviləri istehsalı zavodu
Şöbə: Texniki şöbə
İş yeri: Sumqayıt şəhəri, Sumqayıt Sənaye Parkı
İş rejimi: 5 günlük
Vəzifə öhdəlikləri:
Zavodda elektrik işlərini yerinə yetirmək: quraşdırma, təmir və texniki xidmət
İstehsal avadanlıqlarının elektrik və avtomatika sistemlərinə qulluq etmək
Kommutasiya avadanlıqlarının (avtomatlar, kontaktorlar, relelər, idarəetmə şitləri) düzgün işləməsinə nəzarət etmək
Nasazlıqları aşkar edib aradan qaldırmaq
Elektrik təhlükəsizliyi qaydalarına əməl etmək
Tələblər:
Energetika və ya Avtomatika ixtisası üzrə bakalavr təhsili
Sahə üzrə 6 ay – 1 il iş təcrübəsi
Avtomatika və elektrik avadanlıqlarının, xüsusən kommutasiya avadanlıqlarının iş prinsiplərini bilmək
Hərbi xidməti başa vurmuş olmaq (mütləqdir)
Fərdi keyfiyyətlər:
Subordinasiyaya əməl etmək
Tez öyrənmək bacarığı
Yeniliklərə maraq və onları araşdırmaq həvəsi
Təklif edirik:
Şirkət tərəfindən nahar
Xüsusi geyim və fərdi mühafizə vasitələri
Peşəkar inkişaf imkanı
Özəl tibbi sığorta
Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Elektrik” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
