Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Tikinti layihələrinin memarlıq, mexaniki və elektrik cizgilərini təhlil etmək;
Layihələr üzrə iş həcmlərini hesablamaq və BOQ hazırlamaq;
İlkin və detallı smeta sənədlərini tərtib etmək;
Material, əmək və mexanizm xərclərini hesablamaq;
Tikinti materialları və işlər üzrə bazar qiymətlərini araşdırmaq;
Tender sənədlərini və kommersiya təkliflərini hazırlamaq;
Subpodratçı və təchizatçılardan qiymət təklifləri toplamaq və müqayisə etmək;
Tender təkliflərinin texniki və maliyyə təhlilini aparmaq;
Layihələr üzrə faktiki və planlaşdırılmış iş həcmlərini müqayisə etmək;
Əlavə və dəyişiklik işlərinin (Variation Order) həcmini və dəyərini hesablamaq;
Layihələrin maya dəyərinə və büdcəsinə nəzarət etmək;
Aylıq hesabatları hazırlamaq və texniki şöbə rəhbərinə təqdim etmək.
Namizədə əsas tələblər:
Ali təhsil (İnşaat mühəndisliyi və ya tikinti iqtisadiyyatı);
Minimum 3 il müvafiq sahə üzrə iş təcrübəsi;
BOQ və smeta hazırlamaq bacarığı;
AutoCAD və MS Excel proqramları üzrə biliklər;
Tender və qiymət analizi sahəsində təcrübə;
Layihə cizgilərini oxumaq və təhlil etmək bacarığı;
Analitik düşünmə, dəqiqlik və məsuliyyətlilik.
İş şəraiti:
5 günlük iş qrafiki;
İş saatları: 09:00–18:00;
Rəqabətli əmək haqqı;
Rəsmi əmək müqaviləsi.
CV-lərinizi WhatsApp vasitəsilə +994 50 200 81 00 nömrəsinə göndərməyiniz xahiş olunur. Müraciət zamanı vakansiyanın adını – “Smeta və tender üzrə mühəndis” qeyd etməyiniz vacibdir.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
