Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Kontakt Home

İnsan resursları əməliyyatları üzrə mütəxəssis

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Təsvir İşə qəbul, işdən azad olunma, məzuniyyət və digər kadr əməliyyatları üzrə sənədlərin və əmrlərin hazırlanması; Əmək müqavilələrinin, əmək müqavilələrinə əlavələrin və şəxsi işlərin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsi; ƏMAS sistemində əmək müqaviləsi bildirişlərinin vaxtında daxil edilməsi və məlumatların aktuallığının təmin edilməsi; İşçilərin davamiyyətinin gündəlik izlənilməsi və uçotunun aparılması; Məzuniyyət balanslarının izlənilməsi və məzuniyyətlərlə bağlı sənədləşmənin aparılması; Xəstəlik vərəqələrinin, ödənişsiz məzuniyyətlərin və digər işburaxma hallarının qeydiyyatı və idarə edilməsi; ƏMAS, E-Sosial, DƏMX, İSB və digər dövlət elektron sistemləri ilə işləmək, daxil olan sorğuları cavablandırmaq və məlumatların düzgünlüyünə nəzarət etmək; Daxili əmrlərin, arayışların və digər HR sənədlərinin hazırlanması; Kadr uçotu və HR inzibatçılığı üzrə hesabatların hazırlanması; Kadr kargüzarlığının düzgün və vaxtında aparılmasının təmin edilməsi Tələblər Ali təhsil; İnsan Resursları, Hüquq, Menecment, Psixologiya, Sosiologiya və əlaqəli ixtisaslara üstünlük verilir; İnsan Resursları sahəsində ən azı 2 il iş təcrübəsi; Retail sahəsində iş təcrübəsi üstünlükdür; Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə yüksək səviyyədə bilik; ƏMAS və digər dövlət elektron portalları ilə işləmə bacarığı; Kadr kargüzarlığı və HR inzibatçılığı üzrə praktiki biliklər; 1C (8.2/8.3) proqramı üzrə yaxşı səviyyədə bilik; MS Excel proqramında yüksək səviyyədə bilik — Pivot cədvəlləri, formulalar və digər funksiyalarla işləmə bacarığı; Azərbaycan dilində səlis danışıq və yazılı ünsiyyət bacarığı; Rus və ya ingilis dillərindən ən azı birində sərbəst səviyyədə danışıq və yazılı ünsiyyət bacarığı; Yüksək diqqətlilik, məsuliyyətlilik və analitik düşüncə; Güclü yazılı və şifahi ünsiyyət bacarığı; Müxtəlif xarakterli insanlarla düzgün və peşəkar ünsiyyət qurmaq bacarığı; Konfliktli vəziyyətləri düzgün idarə etmək və işgüzar münasibətləri qorumaq bacarığı; Dinamik iş mühitində işləməyə, aktiv iş tempinə uyğunlaşmağa və yüksək iş yükünü idarə etməyə hazır olmaq; Daxil olan sorğulara və iş tapşırıqlarına operativ şəkildə geri dönüş etmək bacarığı; Komandada işləmək bacarığı. Biz nə təklif edirik? Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Dinamik və müasir iş mühiti; Müasir və rahat ofis şəraiti; Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti; Yeni bilik və bacarıqların inkişaf etdirilməsi üçün imkanlar; Böyük və dinamik şirkət mühitində müxtəlif HR layihələrində iştirak imkanı. İş şəraiti: İş qrafiki: I–V günlər, 09:00–18:00; İş yeri: Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 3G, Red Plaza. Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq. Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.