Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklər
Lift, eskalator və travelator sistemlərinə planlı texniki xidmətin göstərilməsi;
Texniki çağırışlar və servis təmirlərinin müəyyən edilmiş qrafikə, çağırışa cavab müddətinə və keyfiyyət standartlarına uyğun yerinə yetirilməsi;
Avadanlıqlarda yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
Liftlərin və digər qaldırıcı qurğuların mexaniki, elektrik və elektron komponentlərinin yoxlanılması və təmiri, nasaz ehtiyat hissələrinin dəyişdirilməsi;
İşlərin texniki xidmət təlimatlarına və təhlükəsizlik qaydalarına tam uyğun aparılması, iş zamanı istifadəçilərin və obyektin təhlükəsizliyinin təmin edilməsi;
Görülmüş servis işlərinin və çağırışların ERP proqramında qeydə alınması və icra vəziyyətinin yenilənməsi;
Servis aktlarının, qüsur aktlarının və görülmüş işlər barədə aktların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
Aşkar edilmiş nasazlıqlar, əlavə təmir ehtiyacları və texniki risklər barədə rəhbərliyə məlumat verilməsi;
Növbətçilik xidmətinin, o cümlədən ay ərzində bir neçə dəfə gecə növbətçiliyinin yerinə yetirilməsi və bu müddətdə daxil olan çağırışlar üzrə obyektlərə gedərək zəruri işlərin görülməsi;
Servis alətlərinin, ölçü cihazlarının və xidməti avtomobilin təhlükəsiz, saz və qaydasında saxlanılması;
Müştərilər və komanda üzvləri ilə düzgün kommunikasiya və koordinasiyanın təmin edilməsi
Namizədə tələblər
Elektrik və mexaniki sistemlərin iş prinsipləri haqqında biliklər;
Texniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq bacarığı;
Texniki sxemləri və avadanlıq sənədlərini oxumaq bacarığı;
Əl alətlərindən və ölçü cihazlarından düzgün istifadə bacarığı;
Təhlükəsizlik qaydalarına və iş prosedurlarına ciddi riayət etmək;
Komandada işləmək və tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
B və C kateqoriyalı sürücülük vəsiqəsi.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
