Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

TREVA

Sales Manager

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş şəraiti İş yeri: Bakı, Bayıl – Sabah Residence Məşğulluq növü: Tam ştat Əmək haqqı: Sabit aylıq əmək haqqı + satış bonusları Hazırda satış komandamızı genişləndiririk və müştəri münasibətlərinin idarə olunması, daşınmaz əmlak layihələrinin təqdimatı və satış hədəflərinin həyata keçirilməsinə cavabdeh olacaq Sales Manager axtarırıq. Vəzifə öhdəlikləri Daxil olan potensial müştəri müraciətlərinin (lead) operativ şəkildə cavablandırılması və idarə edilməsi; Müştərilərin ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun daşınmaz əmlak layihələrinin təqdim edilməsi; Müştərilərlə görüşlərin təşkili, layihə təqdimatlarının və satış danışıqlarının aparılması; Potensial müştərilərlə müntəzəm əlaqənin saxlanılması və satış prosesinin izlənilməsi; Satış prosesinin ilkin müraciətdən müqavilənin bağlanmasına qədər idarə edilməsi; CRM sistemində müştəri məlumatlarının və satış mərhələlərinin mütəmadi yenilənməsi; Müəyyən edilmiş satış planlarının və KPI göstəricilərinin yerinə yetirilməsi; Komanda ilə koordinasiyalı şəkildə çalışaraq ümumi satış nəticələrinə töhfə verilməsi. Namizədə tələblər Daşınmaz əmlak satışı sahəsində iş təcrübəsi; Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı (ingilis dili biliyi üstünlükdür); Güclü kommunikasiya, təqdimat və danışıqlar aparmaq bacarığı; Müştəri ehtiyaclarını düzgün müəyyənləşdirmək və uyğun satış həlləri təklif etmək bacarığı; Potensial müştərilərlə effektiv işləmək və satış prosesini uğurla yekunlaşdırmaq bacarığı; Satış planları və KPI göstəriciləri ilə işləməyə hazırlıq; Məsuliyyətlilik, təşəbbüskarlıq və komandada işləmək bacarığı. Biz nə təklif edirik? Sabit aylıq əmək haqqı və satış nəticələrinə əsaslanan bonus sistemi; Yüksək qazanc potensialı; Peşəkar satış komandasında inkişaf imkanları; Sistemləşdirilmiş satış prosesləri və CRM infrastrukturu; Karyera yüksəlişi imkanları; Dinamik və nəticəyönümlü iş mühiti. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sales Manager” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.