Vakansiya haqqında
İş şəraiti
Əməkhaqqı: 1000 AZN (fiks) + Satışdan bonus/komissiya
Məşğulluq tipi: Tam iş günü (09:00 – 18:00, 5 gün)
Ünvan: Bakı şəhəri
İşin təsviri və öhdəliklər:
IT, video müşahidə, kamera və təhlükəsizlik sistemləri üzrə B2B / korporativ satışların həyata keçirilməsi;
Potensial korporativ müştərilərin aktiv axtarışı və cəlb olunması (soyuq zənglər, görüşlər);
Müştərilərin tələblərinə uyğun kommersiya təkliflərinin (qiymət təklifi) hazırlanması və təqdim olunması;
Dövlət və özəl sektor üzrə Tenders və satınalma proseslərinin izlənilməsi, sənədləşmənin aparılması;
Müştəri bazasının idarə olunması, mövcud korporativ müştərilərlə uzunmüddətli əlaqələrin saxlanılması;
Satış prosesinin CRM sistemində müntəzəm qeydiyyatı və hesabatlılığın təmin edilməsi.
Namizədə olan tələblər:
Təcrübə: Minimum 2 il B2B / Korporativ satış təcrübəsi (IT, kamera və təhlükəsizlik sistemləri sahəsində təcrübəsi olanlara üstünlük verilir);
Texniki bilik: IT və təhlükəsizlik avadanlıqları haqqında ümumi texniki anlayışın olması;
Satış bacarıqları: Aktiv müştəri axtarışı, soyuq satış (cold sales) və təqdimat bacarığı;
Biznes yazışmaları: Peşəkar kommersiya təklifləri hazırlamaq və tender proseslərində təcrübə;
Proqram bilikləri: MS Office (Word, Excel) və CRM proqramları ilə sərbəst işləmək bacarığı;
Dil bilikləri:
Azərbaycan dili — sərbəst (səlis nitq və yazışma);
Rus və İngilis dili — arzuolunandır (üstünlükdür).
Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində "B2B Satış Meneceri" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
