Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Tikinti sahəsində beton və armatur işlərinin layihə, texniki spesifikasiyalar və müvafiq normativ tələblərə uyğunluğuna nəzarət təcrübəsi.
Armaturun quraşdırılması, qoruyucu beton qatının yoxlanılması, betonun qəbulu, nümunələrin götürülməsi və sınaq nəticələrinin qiymətləndirilməsi üzrə biliklər.
ITP, Method Statement, yoxlama checklist-ləri, RFI/NFI və NCR kimi keyfiyyət sənədlərinin hazırlanması və idarə olunması bacarığı.
Uyğunsuzluqların müəyyən edilməsi, hesabatların hazırlanması və keyfiyyətə nəzarət proseslərinin effektiv təşkili bacarığı.
Təsdiq edilmiş Keyfiyyət Planının (Quality Plan), İşin İcra Metodunun (Method Statement) və Yoxlama və Sınaq Planlarının (ITP) layihə sahəsində tətbiqinə nəzarət etmək;
ITP-də müəyyən edilmiş hold point, witness point, inspection və test fəaliyyətlərinin vaxtında həyata keçirilməsini izləmək;
Tələb olunan yoxlama və sınaqların nəticələrini, protokollarını və müvafiq keyfiyyət qeydlərini nəzərdən keçirmək;
Tikinti sahəsində vaxtaşırı keyfiyyət yoxlamaları və inspeksiyalar aparmaq;
İstehsalat prosesi zamanı müəyyən edilmiş keyfiyyət riskləri, qüsurlar və uyğunsuzluqlar barədə Layihə Nəzarəti rəhbərini məlumatlandırmaq;
Keyfiyyət üzrə aparılmış yoxlamaların nəticələrini sənədləşdirmək və müvafiq hesabatları hazırlamaq;
Namizədə tələblər:
İnşaat mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə ali təhsil;
Tikinti sahəsində keyfiyyətə nəzarət üzrə minimum 3 il iş təcrübəsi;
Tikinti norma və standartları, texniki şərtlər və keyfiyyətə nəzarət prinsipləri barədə bilik;
Layihə və texniki sənədləri oxuma və təhlil etmə bacarığı;
Tikinti materialları və onların keyfiyyət göstəriciləri haqqında məlumatlılıq;
MS Office proqramlarında işləmək bacarığı;
Sənədləşmə və hesabatların hazırlanması bacarığı;
Üstünlük hesab olunur:
ISO 9001, 14001 və 45001 üzrə bilik;
QA/QC sahəsində iş təcrübəsi;
Böyük tikinti layihələrində təcrübə;
Müvafiq peşəkar sertifikatların olması;
İş şəraiti
İş qrafiki: I-V günlər, saat 09:00-dan 18:00-a kimi
Əmək haqqı: Namizədin bilik, bacarıq və peşəkar təcrübəsi nəzərə alınmaqla müəyyən ediləcəkdir.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
