Vakansiya haqqında
İş şəraiti
İş rejimi: Tam ştat 5 gün 09:00-18:00
Əmək haqqı: Müsahibə Əsasında təyin olunur.
İş Ünvanı: Bridge Plaza
Namizədə tələblər:
Ali təhsil (maliyyə, mühasibat, iqtisadiyyat, biznesin idarə olunması və ya əlaqəli ixtisaslar üzrə);
Yaş aralığı: 25-40.
Bəy namizədlər.
Satınalma (Qida üzrə) 3 il minimum iş təcrübəsi
Satınalma üzrə Restoranlarlarla işləmiş Təcrübəsi olan əməkdaş.
Rus dili sərbəst, ingilis dili arzuolunandır.
MS Excel proqramını yaxşı səviyyədə bilmək.
Birbaşa rəhbər və komanda ilə effektiv əməkdaşlıq bacarığı.
Rəhbərlə bərabər obyektlərə gediş-gəliş imkanının olması.
1C və ya digər mühasibat proqramlarını bilmək üstünlükdür.
Xarici satınalmalar üzrə təcrübə üstünlükdür.
Vəzifə öhdəlikləri:
Qida məhsulları üzrə satınalma prosesinin planlaşdırılması və idarə edilməsi;
Təchizatçıların araşdırılması, yeni təchizatçıların cəlb edilməsi və mövcud təchizatçılarla əlaqələrin inkişaf etdirilməsi;
Təchizatçılardan kommersiya təkliflərinin alınması, qiymət və şərtlərin müqayisə edilməsi, danışıqların aparılması;
Məhsulların keyfiyyət, qiymət, çatdırılma müddəti və digər tələblərə uyğunluğunun təmin edilməsi;
Satınalma sifarişlərinin hazırlanması, təsdiqlənməsi və çatdırılma prosesinin izlənilməsi;
Qida məhsullarının tələb olunan həcmdə və vaxtında tədarükünün təmin edilməsi;
Məhsul qiymətlərinin və bazar tendensiyalarının mütəmadi təhlili;
Anbar ehtiyatlarının izlənilməsi və müvafiq şöbələrlə koordinasiyanın təmin edilməsi;
Satınalma büdcəsinə və xərclərin optimallaşdırılmasına nəzarət edilməsi;
Təchizatçılarla müqavilələrin və digər satınalma sənədlərinin hazırlanması və idarə olunması;
Məhsulların son istifadə tarixlərinə, saxlanma və daşınma şərtlərinə diqqət yetirilməsi;
Satınalma fəaliyyəti üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Yalnız vakansiya tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
