Vakansiya haqqında
Təsvir
Sorğular əsasında təchizatçılarda virtual kateqoriyaya aid məhsulların mövcudluğunun müəyyən edilməsi və satışa cavabdeh olan instansiyalara geribildirim verilməsi;
Məhsul sifarişi prosesinin, onun anbardan çatdırılmasının və sorğulara uyğun olaraq müştərilərə göndərilməsinin təşkil edilməsi;
Ödəniş planın hazırlanması və maliyyə şöbəsinə hesabatların təqdim edilməsi;
Geri qaytarılmış və ya texniki nasaz olan məhsulların təchizatçıya sənədlə geri qaytarılmasının təmin edilməsi; maliyyə əməliyyatlarının izlənməsi;
Saytdan hər gün "mövcud deyil" statusunda olan məhsulların silinməsi;
Həftə ərzində təchizatçılarda mövcudluğu olmayan məhsulların statusunun yenilənməsi (mövcuddursa, sayta əlavə edilməsi);
Təchizatçı nümayəndələri ilə sıx əlaqələrin qurulması və ERP sistemi ilə saytda aparılan dəyişiklik və yeniliklərin tətbiqinin müzakirə edilməsi;
Təchizatçılardan gündəlik və həftəlik ehtiyyat hesabatlarının qəbul edilməsi, məlumatların ERP sisteminə və sayta inteqrasiyasının dəstəklənməsi;
Qurumlararası müzakirələr əsasında qaydaların, sxemlərin, şablonların hazırlanmasında və hesabatların tərtibində iştirak edilməsi;
Təchizatçıların iş keyfiyyəti və ümumi konversiya haqqında gündəlik və aylıq hesabatların hazırlanması (CRM məlumatları əsasında);
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər
Ali təhsil;
Səlis azərbaycan və rus dili biliyi;
Satış sahəsində minimum 2 il iş təcrübəsi;
Məhsullar üzrə biliklər;
Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
Analitik düşünmə qabiliyyəti;
Nəticə yönümlülük;
Məsuliyyətlilik və inkişafa meyillilik;
Komanda ilə işləmə bacarığı.
Biz nə təklif edirik?
Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
Müasir və rahat ofis şəraiti;
Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
Yeni bilik və bacarıqların inkişaf etdirilməsi imkanı.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaq
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
