Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Company

Təhlükəsizlik üzrə nəzarətçi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifənin məqsədi: Təşkilatın inzibati binasında təhlükəsizliyin təmin edilməsi, giriş-çıxış rejiminə nəzarət, təhlükəsizlik sistemlərinin fasiləsiz monitorinqi, mümkün insidentlərin vaxtında aşkarlanması və müəyyən edilmiş prosedurlara uyğun ilkin tədbirlərin görülməsi. Əsas vəzifə öhdəlikləri: Binaya daxil olan və binanı tərk edən əməkdaşların, ziyarətçilərin və digər şəxslərin giriş-çıxışına müəyyən edilmiş qaydalar əsasında nəzarət etmək; Şəxslərin qeydiyyatı, giriş icazələrinin yoxlanılması və buraxılış rejiminin tələblərinə əməl olunmasını təmin etmək; Videomüşahidə, girişə nəzarət, müdaxilə siqnalizasiya və yanğın siqnalizasiya sistemlərinin göstəricilərini izləmək; Müəyyən edilmiş marşrut və qrafiklər üzrə müşahidə və yoxlama tədbirlərini həyata keçirmək; Şübhəli davranışları, icazəsiz giriş cəhdlərini, təhlükəsizlik qaydalarının pozulmasını və texniki nasazlıqları vaxtında aşkar etmək, dərhal növbə rəhbərinə məlumat vermək; İnsidentlər zamanı təsdiq edilmiş prosedurlara uyğun ilkin tədbirlər görmək, zərurət yarandıqda müvafiq operativ xidmətlərlə əlaqələndirməni təmin etmək; Yanğın, fövqəladə hal və təxliyə zamanı müəyyən edilmiş təhlükəsizlik prosedurlarına uyğun hərəkət etmək; Təhlükəsizlik hadisələrini, növbə ərzində görülmüş tədbirləri və aşkar edilmiş çatışmazlıqları müvafiq jurnallarda və ya elektron sistemlərdə qeyd etmək; Növbənin təhvil-təslimini müəyyən edilmiş qaydada həyata keçirmək; Xidməti məlumatların məxfiliyini qorumaq, daxili qaydalara və peşəkar davranış standartlarına riayət etmək; Rəhbərlik tərəfindən vəzifə funksiyalarına uyğun verilən digər tapşırıqları yerinə yetirmək. Namizədə dair tələblər: Azərbaycan Respublikası vətəndaşı olmaq; Kişi namizədlər üçün müddətli həqiqi hərbi xidməti keçmiş olmaq; Mühafizə və təhlükəsizlik sistemləri ilə işləmək, müşahidə və məlumatların qeydiyyatını aparmaq bacarığı; Kompüterdən və gündəlik ofis proqramlarından istifadə bacarığı; Yanğın təhlükəsizliyi və fövqəladə hallar zamanı davranış qaydaları barədə məlumatlı olmaq; Yüksək diqqətlilik, məsuliyyətlilik, intizamlılıq və etibarlılıq; Gərgin vəziyyətlərdə təmkinli davranmaq, düzgün qərar qəbul etmək və təlimatlara uyğun hərəkət etmək bacarığı; Komandada işləmək və əməkdaşlarla, ziyarətçilərlə nəzakətli ünsiyyət qurmaq bacarığı; Növbəli, o cümlədən gecə qrafiki ilə işləməyə hazır olmaq; Sağlamlıq və digər uyğunluq tələblərinə cavab vermək: Boy: kişilər üçün minimum 175 sm, qadınlar üçün minimum 165 sm; Bədən kütləsi indeksi (BKİ): 18,5–29,9 aralığında olmalıdır; bu hədddən kənarlaşma tibbi rəy əsasında dəyərləndirilir; Üstünlük hesab edilən meyarlar: Ali təhsil; Təhlükəsizlik və ya mühafizə sahəsində 1–3 il iş təcrübəsi; İri ofis binalarında, korporativ və ya institusional mühitdə mühafizə təcrübəsi; Hüquq-mühafizə, fövqəladə hallar və ya müvafiq təhlükəsizlik sahələrində iş təcrübəsi; İlk yardım və yanğın təhlükəsizliyi üzrə müvafiq təlim və ya sertifikatlar; İngilis və/və ya rus dili biliyi. Biz təklif edirik: Rəsmi əmək müqaviləsi və sabit əmək haqqı; Qanunvericiliyə uyğun illik ödənişli məzuniyyət; Könüllü tibbi sığorta; İdman zallarına üzvlük paketi. Vakansiya həm kişi, həm də qadın namizədlər üçün açıqdır. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.