Vakansiya haqqında
Rol haqqında:
Problemli Kreditlər üzrə İşçi şirkətin təyin olunmuş gecikmədə olan portfeli üzrə kreditlərə mərkəzləşdirilmiş qaydalara uyğun nəzarət, müştərilərlə yüksək keyfiyyətli danışıqlar aparmaq və səmərəli ünsiyyət vasitəsilə müştərinin geri ödənişini təmin edilməsinə cavabdehdir.
Vəzifə öhdəlikləri
Təyin olunmuş problemli (Hard) kredit portfelinin effektiv şəkildə idarə olunması
Borcalanlarla mütəmadi əlaqənin saxlanılması və borcun qaytarılması üzrə danışıqların aparılması
Məhkəmə qərarı olan kredit hesabları üzrə məcburi icra tədbirlərinin icrasına nəzarətin təmin edilməsi
İcra tədbirlərinin gecikdirildiyi hallar aşkarlandıqda dərhal hüquqşünaslara məlumat verilməsi və proseslərin koordinasiyası
Problemli kreditlərin təhlili, risklərin müəyyən edilməsi və
müvafiq hesabatların hazırlanması
Kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması və bərpa göstəricilərinin artırılması üçün təkliflərin hazırlanması
Tələblər
Ali təhsil (iqtisadiyyat, maliyyə və ya hüquq sahələri üzrə üstünlük verilir)
Bank və ya kredit təşkilatında problemli kreditlər, (məhkəmə qərarı olan hesablar üzrə təcrübə üstünlükdür) minimum 6 ay iş təcrübəsi
Çətin müştərilərlə işləmək, danışıqlar aparmaq və konfliktləri idarə etmək bacarığı
Analitik düşüncə tərzi, yüksək məsuliyyətlilik və operativlik
Azərbaycan dilində sərbəst, səlis və aydın ünsiyyət bacarığı
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Tibbi Sığorta (işçini əhatə edən)
Push30
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
