Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

A+CO ASC

İstehsal və idxal-ixrac əməliyyatlarının uçotu üzrə mühasib

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

“A+CO” ASC “İstehsal və idxal-ixrac əməliyyatlarının uçotu üzrə mühasib” vəzifəsi üzrə işçi axtarışı elan edir. Vəzifə öhdəlikləri: Mal-material ehtiyatlarının mədaxil və məxariclərinin uçotunun izlənməsi,istehsalla birbaşa bağlı uçot məlumatlarının işlənilməsi; Xərc smetasının icrası,istehsalla bağlı işlərin görülməsi və xidmətlərin göstərilməsinin uçotu ; Ehtiyyatların nəzarəti:İtkilərin və qeyri-istehsal xərclərinin aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi; Sistemə yeni mal-material adlarının və sərfiyyat kartlarının daxil edilməsi; Mövcud hazır mal-materialın maya dəyərinin düzgün hesablanması üçün lazım olan göstəricilərin müəyyənləşdirilməsi və daimi nəzarətdə saxlanılması ; Məhsullar üzrə mal-materialın maya dəyərinin hesablanması və faktiki formalaşan maya dəyərləri ilə müqayisənin aparılması ; Aylıq faktiki göstəricilərlə (sərfiyyat və itkilər) planlaşdırılmış göstəricilərin müqayisə olunması ; Aylıq istehsal olunmuş məhsulların maya dəyərinin düzgün formalaşmasının təmin edilməsi ; İstehsal sahələri tərəfindən yazılmış əməliyyatların mütəmadi olaraq sistemdə yoxlanılması və sənədlərin təmin edilməsi ; Gündəlik istehsalla bağlı yaranan sualların cavablandırılması ; İdxal əməliyyatlarının uçotu (İdxal olunmuş malların maya dəyərinin formalaşdırılması); İxrac əməliyyatlarının uçotu; İdxal və ixrac üzrə debitor,kreditor üzləşmələrinin aparılması; Mühasibatlıq sənədlərinin qorunub saxlanılmasının təmin edilməsi,müəyyən olunmuş qaydada arxivləşdirilməsi ; Rəhbərlik tərəfindən tapşırıqların icrası. Bilik və bacarıqlar: Excel yaxşı səviyyədə. Logo Tiger yaxşı səviyyədə. ACCA F2, F3 sertifikatları və PMS (arzu olunandır) və ya bunlarla bağlı biliklər. Elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi (E-taxes,e-customs) İş şəraiti: İş yeri: Xırdalan, Həsən Əliyev küç. 121 (Xırdalan Şərab Zavodu); İş qrafiki, iş vaxtı: 08:00-dan 17:00-dək, 5 günlük; Nahar, korporativ nömrə və iş yerinə çatdırılma servis xidməti ilə şirkət tərəfindən təmin olunur. Əmək haqqı - Bilik və bacarıqlara uyğun təyin olunacaq Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “İstehsal və idxal-ixrac əməliyyatlarının uçotu üzrə mühasib” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.