Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Avant Construction

Planlama mühəndisi (Avant Green Layihəsi)

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə və məsuliyyətlər Layihənin icra qrafikinin hazırlanması, izlənməsi və yenilənməsi, plandan kənarlaşmaların vaxtında aşkarlanaraq idarəetməyə çatdırılması. Layihə Rəhbəri, Sahə Rəisi və mühəndislərlə birlikdə layihənin baza qrafikini (baseline schedule) hazırlamaq və PMO-nun təsdiqinə təqdim etmək Satınalma, layihələndirmə və işçi çertyojların (shop drawings) təqdimat qrafiklərini ümumi layihə qrafikinə inteqrasiya etmək Subpodratçıların qrafiklərini yoxlamaq və layihə qrafiki ilə uzlaşdırmaq Sahədən və subpodratçılardan irəliləyiş məlumatlarını toplamaq, yoxlamaq və qrafikə daxil etmək Qrafiki müəyyən olunmuş dövrlərlə yeniləmək və yeniləməni PMO-ya təqdim etmək Faktiki icra ilə baza qrafik arasındakı kənarlaşmaları qeydə almaq və təhlil etmək Kritik yolu (critical path), ehtiyat vaxtı (float) və əsas mərhələləri (milestones) izləmək Gecikmə risklərini Layihə Rəhbərinə vaxtında bildirmək Bərpa planlarının (recovery plan) hazırlanmasında iştirak etmək Dəyişikliklərin və gecikmələrin qrafikə təsirinin qiymətləndirilməsi üçün məlumat hazırlamaq Sahə Rəisi ilə birlikdə qısamüddətli (2-4 həftəlik look-ahead) və həftəlik iş planları hazırlamaq Həftəlik status hesabatı üçün qrafik məlumatlarını hazırlamaq Aylıq planlama hesabatı və S-əyrilərini (S-curve) hazırlamaq Qazanılmış dəyər (Earned Value) hesablamaları üçün irəliləyiş məlumatlarını PMO-ya təqdim etmək Vəzifəyə olan tələblər: Ali təhsil (inşaat mühəndisliyi və ya əlaqəli ixtisas) Planlama sahəsində minimum 3 il iş təcrübəsi Primavera P6 proqramında sərbəst işləmək bacarığı Azərbaycan dilində sərbəst, ingilis dilində işlək səviyyədə ünsiyyət Üstünlük: Planlama üzrə peşəkar sertifikat (PSP və ya ekvivalenti) İş Şəraiti: İş qrafiki: 6 gün İş yeri: Bakı, Bakıxanov qəs.Ruhulla Axundov 16 Əmək haqqı: 2500-3000 AZN (NET) Əlavə imkanlar: Şirkət tərəfindən nahar təmin olunur Maraqlanan namizədlər CV formalarını mövzu yerinə “Planlama mühəndisi” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.