Vakansiya haqqında
Vəzifəyə olan tələblər:
Ali təhsil;
Bank sahəsində minimum 3 il bank təcrübəsinin olması (ödəniş sistemləri, kart məhsulları, POS biznesi sahəsində)
Mükəmməl azərbaycan və ingilis dili biliklərinin olması (türk, rus dili biliklərinə də üstünlük verilir);
Microsoft Office proqramları, xüsusi ilə Excel proqrami biliyinin olması;
Ünsiyyət, problem həll etmə və danışıqlar aparmaq bacarığına malik olması;
Analitik biliyə sahib olub, yaradıcı, strateji həll təklifləri və fikirlərinin olması;
Funksional Öhdəliklər:
POS portfelinin və merchant bazasının inkişaf etdirilməsi
Şöbə ilə birlikdə və / və ya birbaşa müştəri danışıqlarına getmək; şöbələrə məsuliyyət daşıdıqları məhsullar daxilində marketinq və satış sahələrində dəstək vermək;
Yeni merchant-ların (Üzv Ticarət Obyekti) cəlb edilməsi və mövcud merchant aktivliyinin artırılması
POS dövriyyəsinin və komissiya gəlirlərinin artırılması
ÜTO xidmətlərinin keyfiyyətini ölçmək, təqib etmək və yeni keyfiyyət artırıcı tədbirlərin alınmasını təmin etmək
POS dövriyyəsini artırmağa istiqamətli sektor / ÜTO kampaniyalarına rəhbərliyi təmin etmək;
Məsuliyyət sahəsindəki sektor və ona aid ÜTO-lar üçün elan lövhələrində iştirak edən filial və Bank miqyasında elan edilən komissiya, blok və s. məlumatları reviziya etmək və kampaniyalara bağlı məlumatlandırmaları vaxtında və dolğun etmək;
Məhsul inkişaf etdirmə işlərini icra etmək, yeni iş sahələri və bazar ehtiyaclarına istiqamətli yeni həll və təkliflər yaratmaq və rəqabət təhlili etmək;
Yeni POS cihazı və inteqrasiya imkanlarını araşdırmaq və tətbiqi üçün təkliflər vermək
Müştəri əsaslı icra edilən bütün fəaliyyətlərdə istifadə ediləcək olan ünsiyyət materiallarının hazırlanması mərhələsində; fəaliyyətlərin dizayn və nəticələrinin qiymətləndirilməsi mərhələsində həyata keçiriləcək analitik işlərdə vəzifə almaq;
Debet, kredit və premium kart məhsullarının inkişafının idarə edilməsi
Kart məhsullarının tarif, gəlirlilik və rəqabət göstəricilərinin təhlili
Kartların aktivləşdirilməsi və istifadə intensivliyinin artırılması
Kart və POS stok təqibi və sifarişlərin verilməsi
Kart və POS məhsulları üzrə marketinq kampaniyalarının hazırlanması
Visa/Mastercard və digər tərəfdaşlarla birgə kampaniyaların idarə edilməsi
Keşbek, loyallıq və mükafat proqramlarının araşdırılması inkişafı və tətbiqi
Kart-POS satış və marketinqi ilə bağlı digər tapşırıqlar
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
