Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

NBCO KredAqro

Problemli Borcların Hüquqi İdarə Edilməsi üzrə Biznes-Analitik

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Proseslərin optimallaşdırılması: Borcların tutulma müddətini (Time-to-Recovery) azaltmaq məqsədilə biznes-proseslərin davamlı təkmilləşdirilməsi və gündəlik əməliyyatların (reyestrlərin ixracı, sənəd şablonlarının hazırlanması) avtomatlaşdırılması. Hesabatlılıq: Portfelin cari vəziyyəti, pul vəsaitlərinin daxilolmaları üzrə proqnozlar (Cash Flow) və şöbənin fəaliyyətinin effektivliyi barədə rəhbərliyə müntəzəm (həftəlik/aylıq) hesabatların azırlanması və təqdim edilməsi. Metodologiya: Daxili reqlamentlərin, təlimatların və sənəd şablonlarının hazırlanması. Xarici podratçılarla iş: Cəlb olunduğu halda, kənar hüquq şirkətlərinin və kollektor agentliklərinin fəaliyyətinə nəzarət edilməsi və effektivliyinin qiymətləndirilməsi (autsorsinq). Portfelin təhlili: Borcluların borcun tutulması perspektivlərinə uyğun olaraq seqmentləşdirilməsi. Hüquqi alətin seçilməsi: Hər bir iş üzrə optimal hüquqi mexanizmin müəyyən edilməsi: notariusun icra qeydi və ya məhkəməyə müraciət. Qarşı tərəflərin yoxlanılması: Borcun tutulmasının məqsədəuyğunluğunu qiymətləndirmək üçün borcluların əmlak vəziyyətinin yoxlanılması prosesinin təşkili və məlumatların yoxlanılması məqsədilə əlavə mənbələrdən istifadə edilməsi. Tələblər Rus dili biliyi. Danışıqlar aparmaq bacarığı. Maliyyə sektorunda biznes-proseslərin təhlili üzrə iş təcrübəsi (borcların tutulması sahəsində ixtisaslaşma üstünlükdür). İT bölməsi üçün biznes tələblərinin (BT) təsviri və formalaşdırılması üzrə təcrübə. Portfel analitikası üzrə təcrübə (seqmentləşdirmə, prioritetlərin müəyyən edilməsi və strategiyanın seçilməsi). Excel proqramından sərbəst istifadə bacarığı. Proaktivlik. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.