Vakansiya haqqında
PulsMed MMC şirkətinin portfelinə daxil olan laboratoriya diaqnostikası, tibbi avadanlıqlar, reagentlər və sərf materialları üzrə istifadəçi təlimlərinin təşkili, cihazların istifadəyə verilməsi və müştərilərə yüksək səviyyəli texniki-aplikasiya dəstəyinin göstərilməsi istiqamətində fəaliyyət göstərəcək peşəkar komanda üzvü axtarırıq.
İş şəraiti
İşəgötürən: PulsMed MMC
İş yeri: Bakı
İş rejimi: 5 günlük (09:00–18:00)
Əmək haqqı: Müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.
Əsas vəzifə öhdəlikləri və gözləntilər
Tibbi laboratoriya avadanlıqlarının quraşdırılması və istifadəyə verilməsi prosesində iştirak etmək.
İstifadəçi təlimlərini təşkil etmək və keçirmək.
Texniki və tətbiqi sorğuları cavablandırmaq.
Məhsul təqdimatları və seminarlar keçirmək.
Xarici istehsalçıların təlimlərində iştirak etmək.
Region və xarici ezamiyyətlərdə iştirak etmək.
Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Tələb olunan bilik və bacarıqlar
Ali təhsil (Laborator diaqnostika, biologiya, tibb və ya əlaqəli sahələr).
Laboratoriya avadanlıqları üzrə təcrübə üstünlükdür.
Təlim və təqdimat bacarığı.
MS Office bilikləri.
İngilis dili, rus dili üstünlükdür.
Komandada işləmək və məsuliyyətlilik.
Təklif olunan üstünlüklər
Korporativ təlim və inkişaf imkanları.
Xarici istehsalçıların təlimlərində iştirak.
Karyera yüksəlişi və bonus imkanları.
Yerli və beynəlxalq tədbirlərdə iştirak.
Namizədlər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan eıektron poçt ünvanına mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərə bilərlər.
Qeyd: Mövzu hissəsi düzgün qeyd olunmayan müraciətlərə baxılmayacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
