Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Modern Construction Group

Cost Control Manager

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Tikinti layihələri üzrə ilkin büdcələrin və xərc planlarının hazırlanmasına nəzarət etmək. Layihələrin faktiki xərclərini təsdiq olunmuş büdcə ilə müqayisə etmək və kənarlaşmaları təhlil etmək. Material, əməkhaqqı, texnika, subpodratçı və digər tikinti xərclərini izləmək. Aylıq xərc hesabatlarını, büdcə proqnozlarını və maliyyə təhlillərini hazırlamaq. Layihə rəhbərləri, satınalma, maliyyə və texniki şöbələrlə koordinasiyalı işləmək. Xərclərin optimallaşdırılması və büdcəyə qənaət imkanlarını müəyyən etmək. Müqavilə dəyişikliklərinin, əlavə işlərin və variation order-lərin büdcəyə təsirini qiymətləndirmək. Cash flow, cost-to-complete və estimate-at-completion (EAC) proqnozlarını hazırlamaq. Layihə üzrə riskləri və mümkün büdcə aşımını əvvəlcədən müəyyən edərək rəhbərliyə təqdim etmək. Xərc nəzarəti prosedurlarının və hesabat sistemlərinin təkmilləşdirilməsində iştirak etmək. Tələblər Maliyyə, iqtisadiyyat, mühəndislik, tikinti menecmenti və ya əlaqəli sahə üzrə ali təhsil. Tikinti sektorunda xərc nəzarəti, layihə büdcələşdirilməsi və ya maliyyə təhlili sahəsində minimum 5 il iş təcrübəsi. Böyük tikinti layihələri üzrə büdcə və faktiki xərclərin idarə edilməsi təcrübəsi. Excel proqramı üzrə yüksək səviyyədə biliklər; ERP sistemləri ilə iş təcrübəsi üstünlükdür. Cost control, cost forecasting, variance analysis və cash flow planlaşdırılması üzrə biliklər. Müqavilələrin, BOQ (Bill of Quantities) sənədlərinin və tikinti smetalarının təhlili bacarığı. Analitik düşüncə, detallara diqqət və güclü problem həll etmə bacarığı. Komanda ilə işləmək və rəhbərliyə aydın hesabatlar təqdim etmək bacarığı. Azərbaycan dili biliyi; ingilis və rus dillərini bilmək. Üstünlük hesab olunur EPC və ya iri həcmli infrastruktur və tikinti layihələrində iş təcrübəsi. Primavera P6, MS Project, Power BI və ya digər layihə idarəetmə alətləri ilə işləmək bacarığı. PMP, AACE və ya digər müvafiq beynəlxalq sertifikatların olması. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.