Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

VS Avto Servis MMC

Direktor assistenti

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Direktorun gündəlik işlərinin və tapşırıqlarının təşkilinə dəstək göstərmək; Görüşləri, iclasları və işgüzar görüşlərin vaxtını planlaşdırmaq; Daxil olan və göndərilən sənədlərin hazırlanmasını, qeydiyyatını və arxivləşdirilməsini təmin etmək; Rəsmi məktubların, ərizələrin, əmrlərin, müqavilələrin və digər sənədlərin hazırlanmasına kömək etmək; Telefon zənglərini və elektron yazışmaları idarə etmək; Müştərilər, tərəfdaşlar və əməkdaşlarla işgüzar əlaqələri koordinasiya etmək; Direktorun tapşırıqlarının icrasına nəzarət etmək və nəticələr barədə məlumat vermək; Şirkətin gündəlik inzibati işlərinin təşkilində iştirak etmək; Müvafiq hesabatların və məlumatların hazırlanmasına dəstək göstərmək; Sənədlərin və şirkətə aid məlumatların məxfiliyini qorumaq; Direktorun tapşırığı əsasında digər inzibati və təşkilati işləri yerinə yetirmək. Namizədə dair tələblər Ali və ya orta ixtisas təhsili; Ofis proqramları ilə işləmək bacarığı (Microsoft Word, Excel, Outlook və s.); Azərbaycan dilində düzgün yazılı və şifahi ünsiyyət bacarığı; Rəsmi sənədlərin hazırlanması və işgüzar yazışma bacarığı; Təşkilatçılıq, planlaşdırma və vaxtın idarə edilməsi bacarığı; Məsuliyyətli, diqqətli, çevik və intizamlı olmaq; Məxfi məlumatlarla işləmək bacarığı; Komandada işləmək və işgüzar ünsiyyət qurmaq bacarığı; İş təcrübəsi arzuolunandır; Rus və ingilis dillərini bilmək üstünlükdür. Şəxsi keyfiyyətlər Yüksək məsuliyyət hissi; Dəqiqlik və operativlik; Nəzakətli ünsiyyət; Təşəbbüskarlıq və problem həll etmə bacarığı; Etibarlılıq və məxfiliyə riayət etmək. İş şəraiti İş yeri: Şirkətin ofisi; İş rejimi: Müəssisənin müəyyən etdiyi iş qrafikinə uyğun; Tabelik: Birbaşa direktor; Əməkhaqqı: Müsabiqədə təyin olunacaq. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Əlaqə 010-256-10-24

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.