Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

VS Avto Servis MMC

Qaynaqçı

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

VS Avto Servis MMC-də yük avtomobillərinin kuzovlarının hazırlanması, yığılması və təmiri, metal konstruksiyaların qaynaq vasitəsilə birləşdirilməsi, metal hissələrin bərpası və digər qaynaq işlərinin yerinə yetirilməsi. Vəzifə öhdəlikləri: Yük avtomobillərinin kuzovlarının yığılması və təmiri üzrə qaynaq işlərini yerinə yetirmək; Metal konstruksiyaların, bortların, çərçivələrin və profillərin qaynaq işlərini aparmaq; Metal hissələri ölçüyə uyğun hazırlamaq və birləşdirmək; Qaynaq tikişlərinin keyfiyyətini və möhkəmliyini təmin etmək; Qaynaq avadanlıqlarından və əl alətlərindən düzgün istifadə etmək; İş yerində təmizliyə, nizam-intizama və təhlükəsizlik qaydalarına riayət etmək; Verilmiş tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. Namizədə dair tələblər: Qaynaqçı vəzifəsi üzrə iş təcrübəsinin olması arzuolunandır; Elektrik qaynağı və digər müvafiq qaynaq üsullarını bilmək; Metal materiallarla işləmək və texniki ölçüləri oxumaq bacarığı; Qaynaq aparatlarından və müvafiq alətlərdən istifadə etmək bacarığı; Texniki çertyojları oxumaq bacarığı üstünlükdür; Məsuliyyətli, diqqətli və intizamlı olmaq; Komandada işləmək bacarığı; Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarına riayət etmək. İş şəraiti: İş yeri: VS AVTO SERVİS MMC-nin istehsalat sahəsi; İş istiqaməti: Yük avtomobillərinin kuzovlarının istehsalı, yığılması və təmiri; İş qrafiki: Müəssisə tərəfindən müəyyən edilmiş qaydada; İş yeri Xırdalan şəhərində yereləşir. Əmək haqqı müsabiqə əsasında təyin olunur Əlaqə 010-256-10-24 Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.