Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

De Valeur MMC

Satış məsləhətçisi (Bakı və Sumqayıt üzrə)

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

De Valeur komandasına qoşul, karyeranı bizimlə inkişaf etdir! Saat, zərgərlik və aksesuar sektorunda fəaliyyət göstərən De Valeur MMC mağazalar şəbəkəsinin genişlənməsi ilə əlaqədar yeni komanda üzvləri axtarır. Peşəkar inkişafı, müştəri məmnuniyyətini və yüksək xidmət keyfiyyətini əsas tutan komandamızda sən də yerini ala bilərsən! Vəzifə öhdəlikləri Müştəriləri qarşılamaq, ehtiyaclarını müəyyənləşdirmək və uyğun məhsullar təklif etmək; Məhsullar və mövcud kampaniyalar haqqında məlumat vermək; Satış prosesini həyata keçirmək və müəyyən edilmiş satış hədəflərinə nail olmaq; Məhsul çeşidi və brendlər haqqında bilikləri daim inkişaf etdirmək; Mağazada məhsulların düzgün təqdimatını və səliqəsini təmin etmək. Namizədlərə tələblər Satış sahəsində minimum 1 il iş təcrübəsi; Yüksək ünsiyyət və inandırma bacarığı; Səlis nitq və müştəriyönümlü yanaşma; Məsuliyyətli, gülərüz və nəticəyönümlü olmaq; Komandada işləmək bacarığı; Rus dili biliyi arzuolunandır. Biz nə təklif edirik? Sabit əməkhaqqı: 550 AZN + satışdan faiz; Orta aylıq qazanc: 900–1100 AZN; Satış nəticələrinə əsaslanan əlavə bonuslar və mükafatlar ; Şirkətdaxili təlim və karyera yüksəlişi imkanları; Peşəkar və dinamik iş mühiti. İş qrafiki 6 günlük növbəli iş rejimi: 10:00–18:00 / 12:00–21:00 Satış sahəsində karyeranı inkişaf etdirmək və De Valeur komandasının bir hissəsi olmaq istəyirsənsə, CV-ni “Satış məsləhətçisi” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndər. DE VALEUR – Dəyər yaradan komandanın bir hissəsi ol!

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.