Vakansiya haqqında
Əməkhaqqı: 800 AZN
Vəzifə öhdəlikləri
CCTV, elektrik və LAN kabellərini tanımaq və təyinatına uyğun istifadə etmək;
Analoq kameraların kabel çəkilişini və quraşdırılmasını həyata keçirmək, DVR/XVR cihazlarını sazlamaq;
İP kameraların kabel çəkilişini və quraşdırılmasını həyata keçirmək, NVR cihazlarını sazlamaq;
Səs sistemlərinin kabelləşdirilməsini və sazlanmasını həyata keçirmək;
İP kameralar üçün LAN kabel başlıqlarını (RJ45/JACK) düzgün vurmaq;
Şəbəkə sistemləri və avadanlıqları haqqında ilkin biliklərə malik olmaq;
Kamera və təhlükəsizlik sistemlərində yaranan texniki nasazlıqları müəyyən etmək və aradan qaldırmaq.
Namizədə tələblər
Kamera və təhlükəsizlik sistemlərinin quraşdırılması sahəsində praktiki bilik və bacarıqlara malik olmaq;
Kabel çəkilişi, montaj və cihazların sazlanmasını bacarmaq;
Sürücülük vəsiqəsinin olması;
Məsuliyyətli, diqqətli və komandada işləmək bacarığı;
Texniki təhlükəsizlik qaydalarına riayət etmək.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində “Kamera quraşdırılması üzrə usta” qeyd olunmalıdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
