Vakansiya haqqında
İş şəraiti
İş yeri: AF Mall
İş qrafiki: 5 gün 10:00 – 18:00
Maaş: sınaq müddəti ərzində 700 AZN fiks + satış faizi, sınaq müddəti bitəndən sonra fiks maaş artacaq.
PilatesLife komandası üçün satış və satınalma sahəsində çalışacaq, eyni zamanda müxtəlif layihələrin idarə olunmasında iştirak edəcək məsuliyyətli və çoxfunksiyalı əməkdaş axtarırıq.
Əgər aktiv, operativ, təşəbbüskar və müasir iş prinsipləri ilə işləməyi sevən birisinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.
Əsas vəzifələr:
Satış və satınalma proseslərinin koordinasiyası və idarə olunması
Təchizatçılarla danışıqların aparılması və əməkdaşlıqların qurulması
Məhsul və xidmətlərin qiymət analizinin aparılması
Sifarişlərin hazırlanması və prosesin nəzarətdə saxlanılması
Müxtəlif layihə və tədbirlərin təşkilində aktiv iştirak
Şirkətin gündəlik əməliyyat proseslərinə dəstək
Hesabatların hazırlanması və məlumatların sistemləşdirilməsi
Komanda ilə koordinasiyalı şəkildə işləmək
Ofis proqramlarında sənədlərlə işləmək və məlumat bazalarının idarə olunması
Rəhbərlik tərəfindən verilən tapşırıqların operativ şəkildə yerinə yetirilməsi
Namizədə tələblər:
Azərbaycan və rus dillərini sərbəst bilmək — mütləqdir
İngilis dili biliyi üstünlükdür
Kompüter proqramlarında yüksək səviyyədə işləmək bacarığı
MS Office proqramlarını yaxşı bilmək
1C proqramı üzrə biliklər üstünlükdür
Analitik düşüncə və təşkilatçılıq bacarığı
Çoxşaxəli iş mühitində işləmək qabiliyyəti
Ünsiyyət və komanda ilə işləmək bacarığı
Məsuliyyətli, diqqətli və operativ olmaq
Biz nə təklif edirik:
Rəsmi əmək müqaviləsi ilə işə qəbul
Stabil və uzunmüddətli iş imkanı
Gənc, pozitiv və dəstəkçi kollektiv
Rahat və müasir iş mühiti
İnkişaf və yeni layihələrdə iştirak imkanı
Dinamik və motivasiyaedici iş atmosferi
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
