Vakansiya haqqında
EDDE Global komandasına Resepşn vəzifəsi üçün əməkdaş axtarılır!
EDDE Global xaricdə təhsil sahəsində fəaliyyət göstərən şirkətdir. Biz abituriyentlərə dünyanın nüfuzlu universitetlərinə qəbul prosesində, sənəd hazırlığından viza müraciətinə qədər bütün mərhələlərdə dəstək oluruq.
İş şəraiti
İş yeri: Bakı şəhəri, N.Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 61
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:30–18:30
Əsas vəzifə və öhdəliklər:
Ofisə gələn yerli və xarici qonaqların, abituriyent və valideynlərin xoş qarşılanması və müvafiq əməkdaşa yönləndirilməsi
Daxil olan zəngləri cavablandırmaq və yönləndirmək
Sənədlərin qəbulu, qeydiyyatı və müvafiq məsul şəxslərə təhvil verilməsi
Rəhbərliyin və komandanın inzibati tapşırıqlarını icra etmək
Namizədə tələblər:
Ali və ya orta ixtisas təhsili
Azərbaycan dilində mükəmməl bilik, xarici dil biliyi (ingilis/rus) üstünlükdür
MS Office proqramlarını (Word, Excel, Outlook) bilmək
Məsuliyyətli, xoş ünsiyyətli və vaxta riayət edən olmaq
Biz nə təklif edirik:
Əmək haqqı müsahibə zamanı razılaşma yolu ilə müəyyən edilir
Rəsmi əmək müqaviləsi
Səmimi və peşəkar iş mühiti
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
