Vakansiya haqqında
Əsas vəzifə və öhdəliklər:
Kənd təsərrüfatı texnikalarının (kombayn, traktor və digər asılan-qoşulan aqreqatlar) adlarını, texniki göstəricilərini, iş prinsiplərini, istismar qaydalarını, onların mexanizm-qovşaq və ehtiyat hissələrini bilməli;
Texnikalar üzrə sistemə daxil edilən mədaxil, məxaric, yerdəyişmə, təchizat, satış mərkəzlərinə və vətəndaşlara geri qaytarma sənədləri hazırlamalı və onlara nəzarət etməli;
Təchizat və satış mərkəzlərindən buraxılmış texnikanın mütəmadi olaraq qeydiyyatının aparılmasına, aktlar üzrə məlumatların elektron sistemə daxil edilməsinə nəzarət etməli və qalıq sənədlərini çıxarmalı;
Texnikalara və texnoloji avadanlıqlara istismar telimatlarına uyğun vaxtında texniki qulluq göstərilməsini istismarçılardan tələb etməli;
Texnikalarda ilkin texniki baxış və diaqnostika işlərini aparmalı, müvafiq akt tərtib etməli;
Şöbənin funksiyalarının həyata keçilirilməsi üçün zəruri olan digər vəzifələri yerinə yetirməli.
Tələb olunan təhsil və iş təcrübəsi:
Ali təhsil (mühəndis-mexanik ixtisası üzrə, aqrar sahə).
Müvafiq sahə üzrə təcrübə müddəti minimum 2-3 il iş təcrübəsi.
Ezamiyyələrdə iştirak etmək imkanı.
Azərbaycan dilini əla bilməli, ingilis və rus dilləri arzu olunandır.
Məsuliyyətlilik, operativlik, ünsiyyət bacarığı.
İş qrafiki və əmək haqqı:
Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir.
Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı 1340 AZN (Gross)
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanlarına göndərə bilərsiniz.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
