Vakansiya haqqında
İdman sahəsində fəaliyyət göstərən təşkilat üçün 2 aylıq müddətinə Ofis menecer axtarılır. Vakansiya analıq məzuniyyətində olan əməkdaşın müvəqqəti əvəz edilməsi məqsədilə elan olunur.
Vəzifə öhdəlikləri:
Gündəlik ofis fəaliyyətinin koordinasiyası;
Rəsmi məktub və e-mail yazışmalarının aparılması;
Sənədlərin hazırlanması, arxivləşdirilməsi və sistemləşdirilməsi;
Məlumat axınının izlənməsi və müxtəlif şöbələrlə koordinasiyanın təmin edilməsi;
Tərcümə işlərinin həyata keçirilməsi;
Görüş və tədbirlərin təşkili, inzibati dəstəyin göstərilməsi.
Tələblər:
Ali təhsil;
Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
Rus və İngilis dili biliyi (minimum intermediate səviyyəsində) üstünlükdür;
MS Office proqramları (Word, Excel) ilə işləmək bacarığı;
Yüksək təşkilatçılıq və planlaşdırma bacarığı;
Məsuliyyətli, dəqiq və təşəbbüskar olmaq;
Komandada işləmək və müxtəlif şöbələrlə effektiv əməkdaşlıq bacarığı.
Biz nə təklif edirik:
Rəqabətqabiliyyətli əmək haqqı;
Dinamik və sürətli iş mühiti;
Müxtəlif inzibati proseslərdə iştirak və praktiki təcrübə qazanmaq imkanı.
İş şərtləri:
Müqavilənin müddəti: 2 ay ( analıq məzuniyyətində olan əməkdaşın müvəqqəti əvəz edilməsi);
İş vaxtı: 09:00 – 18:00
İş günləri: 5/2
Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Yalnız tələblərə uyğun gələn və növbəti mərhələyə keçən namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
