Vakansiya haqqında
Vəzifə öhdəlikləri
Çertyoj və layihə sənədlərinin hazırlanması və yoxlanılması
Layihələrin texniki tələblərə və normativlərə uyğunluğunun yoxlanılması
Həcm hesablamaları və görülmüş işlərin ölçülərinin hesablanması
Material, avadanlıq və işçilik üzrə smeta və hesabatların hazırlanmasına dəstək
İcra sənədlərinin (aktlar, jurnallar, protokollar və s.) hazırlanması və arxivləşdirilməsi
Layihə sənədlərinin sistemləşdirilməsi və yenilənməsi
Sahə mühəndisləri, podratçılar və layihəçilərlə texniki məsələlərin koordinasiyası
Sahədən daxil olan məlumatların və görülmüş işlərin layihə ilə müqayisə edilməsi
İşlərin gedişi ilə bağlı hesabatların hazırlanması
AutoCAD, MS Excel, MS Project və digər mühəndislik proqramlarından istifadə
Texniki problemlərin araşdırılması və onların həlli üçün təkliflərin hazırlanması
Tender, təklif və satınalma sənədlərinin hazırlanmasında iştirak
Lazım gəldikdə işlərin əməyin mühafizəsi, keyfiyyət və texniki standartlara uyğunluğunun izlənilməsinə dəstək.
Namizədə tələblər:
İnşaat mühəndisliyi və ya müvafiq mühəndislik sahəsi üzrə ali təhsil;
Texniki çertyojları oxumaq və layihə sənədləri ilə işləmək bacarığı;
AutoCAD və MS Excel proqramlarında işləmək bacarığı;
Həcm hesablamaları və texniki hesabatların hazırlanması üzrə biliklər;
Aconex proqramını bilməsi üstünlükdür.
Komandada işləmək və ünsiyyət bacarığı;
Məsuliyyətli, diqqətli və dəqiq olmaq;
Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi.
İş şəraiti:
İş qrafiki: Bazar ertəsi – cümə, saat 09:00–18:00;
İstirahət günləri: şənbə və bazar;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
