Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Orion Consulting

Mühasib

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Təchizatçı firmaların qaimələrinin əsasında ödənişlərin köçürülməsi, xarici ödənişlərin həyata keçirilməsi və gömrük kodlarının alınması ƏDV depozitdən və Bankdan ödənişlərinin icra olunması, bank təminatları üçün banka müraciətlərin hazırlanması Əmək haqqlarının, xəstəlik, məzuniyyət və s. hesablanması və ödənilməsinin təmin edilməsi, DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsini icra edilməsi İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək göstərilməsi Xərc və alış sənədlərinin proqram təminatında uçotunun aparılması Bank əməliyyatlarının və əmək haqqına dair bütün əməliyyatların, əsas vəsait və materiallar ehtiyatları ilə bağlı əməliyyatları 1C proqram təminatında qeydiyyata alınması və mövcud əməliyyatlara nəzarət olunması Problemli qaimələrin araşdırılması, ödənişlərin reysterde qeyd edilməsi, hesab faktura, elektron qaimə və akt yazılaraq qeydiyyatının aparılması Müvafiq sahə üzrə rəhbərlik tərəfindən tələb olunan hesabatların hazırlanması Namizədə olan tələblər: Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadiyyat üzrə bakalavr dərəcəsi) İş təcrübəsi: Sahə üzrə 1 ildən az olmayaraq iş stajı, Kompüter bacarıqları: MS Office proqramlarını yüksək səviyyədə (Xüsusilə EXCEL), Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunlar və qanunvericilik aktları üzrə biliklər 1C 8.3 ilə işləmək bacarığı Bütün növ elektron vergi və dövlət portalları ilə işləmə təcrübəsi (E-taxes, e-gov, e-customs və s.) İş qrafiki: Bazar ertəsi-Cümə (saat 09:00-18:00) Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.