Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Foodcity Agropark

Aparıcı vergi mühasibi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Tələb olunan bilik, bacarıq, təcrübə: Ali təhsil (İqtisadiyyat, Maliyyə və ya Mühasibatlıq sahəsi üzrə üstünlük); Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; PMS sertifikatının olması arzuolunandır; MS Excel proqramında yaxşı səviyyədə işləmə bacarığı; 1C ERP sistemində işləmə təcrübəsi; Vergi Məcəlləsi və mühasibat uçotunun təşkili ilə bağlı qanunvericilik sahəsində yaxşı bilik və praktik təcrübənin olması; Diqqətcil və həll yönümlü yanaşma, komanda ilə işləmə və idarəetmə bacarığı; Analitik düşünmə qabiliyyəti və situasiyanın daha geniş nəticələrini nəzərə alma bacarığı; Yazılı və şifahi ünsiyyət bacarıqları. Vəzifə öhdəlikləri: Aylıq, rüblük, illik bəyannamələrin təqdim edilməsi (ƏDV, ÖMV, Əmlak, Torpaq, Mənfəət, Vahid bəyannamə-DSMF hesabatı); Aylıq, rüblük, illik Statistika hesabatlarının təqdim edilməsi (Ticari, Əmək, 1N müəssisə, digər); Vergi orqanları ilə rəsmi yazışmalar aparmaq və daxil olan sorğuları vaxtında cavablandırmaq; Vergi risklərini vaxtında müəyyən etmək, risklərin azaldılması üçün tədbirlər görmək; Vergi planlaşdırması üzrə strategiyaların hazırlanmasına və həyata keçirilməsinə dəstək vermək; Vergi uçotu ilə bağlı bütün sənədlərin Şirkətin sənəd saxlanma qaydalarına uyğun saxlanmasına nəzarət; Online kargüzarlığın və kameral məktubların gündəlik izlənməsi; YGB-lər üzrə ödənişlərin banka təqdim olunması (konsiqnasiya hesabatı); Xarici avans ödənişlərinin YGB və ya TTA əsasında bağlanması (banka hesabat verilməsi); İxrac və idxal əməliyyatlarında yaranmış problemlərdə hüquq şöbəsinə müvafiq dəstəyin verilməsi; Sığorta üzrə əməliyyatlara dəstək verilməsi; Rəhbərliyin verdiyi digər əlaqədar tapşırıq və vəzifələrin yerinə yetirilməsi. Təminat və əlavə imtiyazlar: Könüllü tibbi sığorta (3 ay sonra); “DəyərliSən” mobil tətbiqi “PAŞA Loyallıq platforması; Həftəiçi 5 gün, saat 09:00–18:00 iş qrafiki. Ünvan: Çıraq Plaza Vakansiya ilə bağlı “Aparıcı vergi mühasibi” adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.