Vakansiya haqqında
Azmade Groupa daxil olan "Zəyəm Texnologiyalar Parkı" ASC “Sənəd dövriyyəsi üzrə mütəxəssis” axtarışındadır.
Tələblər:
Təhsil: Ali təhsil/Texniki təhsil
İş təcrübəsi: inşaat, tikinti-quraşdırma sahələrində 3 il
MS Office proqramlarını yaxşı səviyyədə bilməli,
Dinamik, korporativ iş mühitini bilən, komanda ilə işləməyi bacaran
Karguzarlığın aparılması qaydalarını bilməli.
İş öhdəlikləri:
Layihələr üzrə daxil olan bütün texniki və inzibati sənədlərin qəbul edilməsi, qeydiyyatı və sistemləşdirilməsi
Sənədlərin daxili prosedur və standartlara uyğunluğunun yoxlanılması
Sənədlərin elektron dövriyyə sistemində yerləşdirilməsi və yenilənməsi
Layihə komandası (mühəndislər, dizaynerlər və digər şöbələr) ilə sənəd mübadiləsinin koordinasiyası
Müştəri və podratçılarla sənədlərin rəsmi qaydada paylaşılması və izlənməsi
Sənəd dövriyyəsi üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
Sənədlərin məxfilik qaydalarına uyğun idarə olunmasının təmin edilməsi
Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin icrasını həyata keçirmək.
İş şəraiti
İş qrafiki: 6 günlük iş rejimi
Həftə içi iş saatları: 08:00-16:00
Şənbə günü: 08:00-14:00
12:00-13:00 nahar fasiləsi
Nahar yeməyi şirkət tərəfindən qarşılanır.
İş yeri: Bakı şəhəri
Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Sənəd dövriyyəsi üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
