Vakansiya haqqında
Təsvir
Bankın məhsul və xidmətlərinin yerli qanunvericiliyin, tənzimləyici orqanların tələblərinin, beynəlxalq standartların və Bankdaxili siyasət və prosedurların tələblərinə uyğunluğunun qiymətləndirilməsi və müvafiq rəylərin verilməsi;
Tənzimləyici orqanlardan Banka daxil olan müraciət və tələblərin icrası üçün zəruri tədbirlərin görülməsi və icra prosesinin izlənilməsi;
Təchizatçıların komplayens baxımından qiymətləndirilməsi üçün zəruri sənədlərin toplanması, məlumatların təhlili və müvafiq yoxlama proseslərinin həyata keçirilməsi;
Qanunvericilikdə və tənzimləyici orqanların tələblərində baş verən dəyişikliklərin izlənilməsi, həmin dəyişikliklərin Bankın fəaliyyətinə təsirinin qiymətləndirilməsi və zəruri tələblər barədə Bank əməkdaşlarının vaxtında məlumatlandırılmasının təmin edilməsi;
Bankdaxili proseslərin avtomatlaşdırılması və təkmilləşdirilməsi zamanı qanunvericiliyin, tənzimləyici orqanların tələblərinin və Bankdaxili normativ sənədlərin tələblərinə uyğunluğun qiymətləndirilməsi, müəyyən edilmiş uyğunsuzluqların aradan qaldırılması üzrə rəy və təkliflərin verilməsi;
Rüşvətxorluq və korrupsiya ilə mübarizə, Maraqlar toqquşması və digər əlaqəli Komplayens üzrə Bankdaxili siyasət və prosedurların Bankda tətbiqinin təmin edilməsi;
Maraq toqquşması hallarının müəyyən edilməsi, müvafiq risklərin qiymətləndirilməsi və bu risklərin idarə edilməsi üzrə nəzarətin qurulması;
Bankdaxili proseslərin qanunvericiliyin, tənzimləyici orqanların tələblərinə uyğunluğunun yoxlanılması və müvafiq hesabatların hazırlanması;
Bankın struktur bölmələrinin fəaliyyətnin Komplayens tələblərinə uyğunluğunun davamlı monitorinqinin həyata keçirilməsi;
İş prosesində yaranan risk faktorlarının vaxtında müəyyənləşdirilməsi və lazımi addımların atılması;
Komplayens funksiyasının fəaliyyətinin təkmilləşdirilməsi, nəzarət mexanizmlərinin gücləndirilməsi və proseslərin optimallaşdırılması üzrə təkliflərin verilməsi;
Biznes mərkəzlərindən və digər aidiyyəti struktur bölmələrdən daxil olan Komplayens məsələləri üzrə sorğuların cavablandırılması və müvafiq dəstəyin göstərilməsi;
Komplayens məsələləri üzrə təlimlərin təşkili və keçirilməsi;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqların icrası.
Tələblər
Təhsil: Hüquq, iqtisadiyyat və ya digər uyğun sahədə ali təhsil (Hüquq sahəsində təhsili olan namizədlərə üstünlük verilir);
Tələb olunan iş təcrübəsi: minimum 1 il, Bank təcrübəsinin olması mütləqdir (Komplayns, hüquq, risk və ya audit sahələrində (minimum birində) təcrübənin olması);
Lisenziya / Sertifikat: Compliance, Hüquq, Risklər və ya Audit sahəsində sertifikatların mövcudluğu arzuolunandır;
Xarici dillər: İngilis (səlis), rus (işlək);
Kompüter bilikləri: Microsoft Office;
Başqa tələblər: Bankın fəaliyyəti ilə əlaqəli yerli qanunvericilik, Mərkəzi Bankın normativ hüquqi aktları, Banklarda Korporativ İdarəetmə Standartları və digər aidiyyəti qanunvericilik və tələblər üzrə geniş biliklər.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
