Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Olivia Beauty & Care

Satış məsləhətçisi – Kassir

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Filiallar: Həzi Aslanov, Əhmədli, Xalqlar Dostluğu (Ukrayna dairəsi), Neftçilər və City Park Mall. Olivia Beauty & Care komandamıza Satış məsləhətçisi – Kassir vəzifəsi üzrə əməkdaşlar axtarırıq! Vacib qeyd: Göstərilən filiallara yaxın ərazilərdə yaşayan və ya həmin ərazilərə rahat gediş-gəliş imkanı olan namizədlərin müraciət etməsi arzuolunandır. İş öhdəlikləri: Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması və müvafiq qaydada yerləşdirilməsi; Müştərilərin mağazada qarşılanması, ehtiyaclarının müəyyənləşdirilməsi və məhsullar haqqında ətraflı və düzgün məlumat verilməsi; Müştərilərə tələbatlarına uyğun məhsul seçimi zamanı dəstək göstərilməsi; Satış qaydaları, daxili prosedurlar və kampaniyalar barədə məlumatlı olmaq və onları düzgün tətbiq etmək; Kassa əməliyyatlarının müvafiq qaydalara uyğun həyata keçirilməsi; Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi. Namizədə dair tələblər: Azərbaycan dilini səlis bilmək; Rus dili biliyi arzuolunandır; Satış sahəsində minimum 6 aylıq iş təcrübəsi; Kosmetika və şəxsi qulluq məhsullarının satışı üzrə təcrübəyə üstünlük verilir; Ünsiyyətcil, aktiv, çevik və məsuliyyətli olmaq; Yaxşı ünsiyyət və satış bacarıqlarına malik olmaq. İş şəraiti: İş qrafiki: Növbəli, iki növbə üzrə: I növbə: 10:00–19:00 / II növbə: 14:00–22:00 İş yeri: Bakı şəhəri — Həzi Aslanov, Əhmədli, Xalqlar Dostluğu (Ukrayna dairəsi), Neftçilər və City Park Mall filialları; Şirkətdaxili təlim və inkişaf imkanları; Karyera yüksəlişi perspektivi. Komandamıza qoşulmaq istəyən namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya əlaqə nömrəsinə göndərə bilərlər. WhatsApp: 051 290 33 80 (yalnız Whatsapp) Müraciət zamanı CV-də yaşadığınız ərazini qeyd etməyiniz xahiş olunur. Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun hesab edilən namizədlərlə əlaqə saxlanılacaq. Olivia Beauty & Care komandasında səni gözləyirik!

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.