Vakansiya haqqında
Struktur bölmənin adı
İnformasiya təhlükəsizliyi, kibertəhlükəsizlik və rəqəmsal fırıldaqçılıqla mübarizə departamenti / Rəqəmsal fırıldaqçılıqla mübarizə və monitorinq şöbəsi
Vəzifənin funksiyaları:
Mərkəzi Bankda rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində siyasət, prosedur və tələblərin hazırlanması prosesində iştirak edilməsi və müvafiq təkliflərin verilməsi;
Rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində beynəlxalq təcrübənin araşdırılması, təhlili və yerli tənzimləyici çərçivəyə uyğunlaşdırılması üzrə təkliflərin hazırlanması;
Mərkəzi Bankın təqdim etdiyi və ya tənzimlədiyi məhsul və xidmətlər üzrə rəqəmsal fırıldaqçılıq risklərinin qiymətləndirilməsi və bu risklərin azaldılması məqsədilə müvafiq tədbirlərin təklif edilməsi;
Mərkəzi Bankın nəzarət subyektlərində rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində tətbiq olunan mexanizmlərin qiymətləndirilməsi və yoxlama proseslərində iştirak edilməsi;
Rəqəmsal fırıldaqçılıqla mübarizə üzrə minimum tələblərin formalaşdırılması prosesində iştirak və metodoloji dəstəyin göstərilməsi;
Rəqəmsal fırıldaqçılıq halları üzrə məlumatların təhlili, səbəblərin müəyyən edilməsi və təkrarlanma risklərinin azaldılması məqsədilə təkliflərin hazırlanması;
Sektor üzrə rəqəmsal fırıldaqçılıq risk indikatorlarının müəyyən edilməsi və müvafiq analitik hesabatların hazırlanmasında iştirak;
Nəzarət subyektləri arasında fırıldaqçılıq halları üzrə məlumat mübadiləsi, erkən xəbərdarlıq mexanizmləri və sektor üzrə koordinasiyanın təmin edilməsi;
Nəzarət subyektləri arasında məlumat mübadiləsi və erkən xəbərdarlıq mexanizmlərinin inkişafı üzrə təkliflərin hazırlanması;
Rəqəmsal fırıldaqçılıqla mübarizə sahəsində mərkəzləşdirilmiş mexanizmlərin formalaşdırılması istiqamətində təhlillərin aparılması və təkliflərin verilməsi;
Rəqəmsal fırıldaqçılıqla mübarizə ilə bağlı məsələlər üzrə Mərkəzi Bankın aidiyyəti struktur bölmələri ilə (ödəniş sistemləri, informasiya texnologiyaları, hüquq, risk və digər sahələr üzrə) qarşılıqlı əməkdaşlıq etmək;
Rəqəmsal fırıldaqçılıq risklərinin qiymətləndirilməsi və idarə olunması məqsədilə digər struktur bölmələrdən daxil olan məlumatların təhlilində iştirak etmək
Texniki kompetensiyalar
Rəqəmsal fırıldaqçılıq növləri üzrə dərin bilik
Ödəniş sistemləri və məhsulları üzrə bilik
Rəqəmsal fırıldaqçılıqla mübarizə və monitorinq mexanizmlərinin təhlil edilməsi və onların təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması bacarığı
Böyük həcmli məlumatların işlənilməsi, təhlili və fırıldaqçılıq əlamətlərinin müəyyən edilməsi bacarığı
Fırıldaqçılıq risklərinin qiymətləndirilməsi və nəzarət mexanizmlərinin qurulması
Risk modelləri və qiymətləndirmə yanaşmaları üzrə bilik
Beynəlxalq standartlar və tənzimləyici yanaşmalar üzrə bilik
İnformasiya sistemləri və inteqrasiyası üzrə ümumi bilik
Təcrübə
Rəqəmsal fırıldaqçılıqla mübarizə, əməliyyat risklərinin idarə edilməsi və ya komplayens/AML sahələri üzrə ən azı 5 il təcrübə tələb olunur
Təhsil
Maliyyə, bank işi, iqtisadiyyat, informasiya texnologiyaları, kibertəhlükəsizlik, məlumatların təhlili ilə bağlı ixtisaslar üzrə ali təhsil tələb olunur.
Dil bacarığı
Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yaxşı səviyyədə) tələb olunur.
Kompüter bacarıqları
Windows OS ilə işləmə bacarığı tələb olunur
Rəqəmsal fırıldaqçılığın idarəolunması alətləri ilə təcrübə tələb olunur
Məlumatların mühafizəsi və informasiya təhlükəsizliyi üzrə əsas biliklər tələb olunur
SQL – orta səviyyədə arzuolunandır
Məlumatların vizuallaşdırılması və hesabatlılıq alətləri üzrə bilik arzuolunandır
Sertifikatlar
Rəqəmsal fırıldaqçılıq, Komplayens/AML, əməliyyat riskləri və digər oxşar sahələrə aid sertifikat arzuolunandır
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
