Vakansiya haqqında
DAİMİ MMC “komandamıza məsuliyyətli və işinə diqqətli Mühasib axtarılır.
Əsas vəzifələr:
ƏDV, mənfəət vergisi, ÖMV və sadələşdirilmiş vergi bəyannamələrinin hazırlanması və Dövlət Vergi Xidmətinə təqdim edilməsi;
Vahid hesabatın hazırlanması və müvafiq dövlət orqanlarına təqdim edilməsi;
Şirkətin maliyyə və mühasibat əməliyyatlarının müstəqil şəkildə aparılması;
Maliyyə sənədlərinin hazırlanması və uçotunun aparılması;
Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və məsuliyyətlə icra edilməsi.
Namizədə tələblər:
Yaş: 25–40
Ali təhsil;
Mühasibatlıq və ya maliyyə sahəsində təhsil arzuolunandır;
Müvafiq sahədə 3–5 il iş təcrübəsi;
Vergi və mühasibat uçotu üzrə biliklər;
Məsuliyyətli, diqqətli və analitik düşüncəli olmaq;
Müstəqil işləmə bacarığı.
İş şəraiti:
Nahar şirkət tərəfindən təmin olunur.
Servis xidməti mövcuddur.
İş qrafiki: 6 günlük iş həftəsi – 6-cı gün qısa iş günüdür.
İş yeri: Bakı şəhəri,Xəzər rayonu,Binə Sovxoz
Əmək haqqı: 1000-1200 AZN
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Mühasib” başlığı ilə CV-lərini göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
