Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Baku Hotel Company

Təmizlik işçisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

İş haqda məlumat: Struktur bölmə: İdman şöbəsi/Əməliyyat bölməsi İş yeri: Kempinski Bayıl Bay binasında yerləşən Bayıl Bay fitnes və SPA Ünvan: Bakı şəhəri, Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 5 İş rejimi: Həftədə 5 gün, növbəli iş qrafiki (2 istirahət günü) Əmək haqqı: 600 Azn (net); Könüllü tibbi sığorta: Təmin edilir Vəzifə tələbləri: Cinsi – Qadın/ Kişi Müvafiq sahədə 6 ay – 1 il iş təcrübəsi; Təmizlik vasitələri və avadanlıqları ilə işləmə bacarığı; Təmizlik məhsulları və onların düzgün tətbiqi haqqında biliklər; Sanitariya və gigiyena qaydaları haqqında məlumatlı olmaq; Azərbaycan dili biliyi, rus dili biliyi arzuolunandır; Məsuliyyətli, diqqətli və səliqəli olmaq; Komandada işləmək bacarığı. Vəzifə öhdəlikləri: İdman mərkəzinin soyunub-geyinmə otaqlarının mütəmadi təmizlənməsi və səliqəli saxlanılması; Duş kabinələrinin, sanitar qovşaqların və ümumi istifadə sahələrinin təmizliyinin təmin edilməsi; İdman və məşq zallarının, dəhlizlərin və digər ümumi sahələrin təmiz saxlanılması; Tez-tez təmas edilən səthlərin gigiyenik qaydalara uyğun təmizlənməsi və dezinfeksiya edilməsi; Təmizlik vasitələrindən və kimyəvi məhsullardan təlimatlara uyğun və təhlükəsiz istifadə edilməsi; Tullantıların vaxtında toplanması və müvafiq qaydada kənarlaşdırılması; Gigiyenik sərfiyyat materiallarının mövcudluğuna nəzarət edilməsi və ehtiyac olduqda tamamlanması; Təmizlik avadanlıqlarının düzgün istifadə edilməsi və saxlanılması; Aşkar edilmiş texniki nasazlıqlar və çatışmazlıqlar barədə birbaşa rəhbərə məlumat verilməsi; Sanitariya, əmək mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi; Birbaşa rəhbərin vəzifəyə uyğun digər tapşırıqlarının yerinə yetirilməsi. Müraciət etmək istəyən namizədlər mövzu hissəsində "Təmizlik işçisi" qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməlidirlər. Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.