Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Company

İnşaat mühəndisi

Şəhər göstərilməyibMənbə: JobSearch.az

Vakansiya haqqında

Sizin öhdəlikləriniz: Tikinti sahəsində işlərin texniki layihə sənədlərinə, tikinti norma və qaydalarına (TNvQ) uyğun olaraq aparılmasına birbaşa rəhbərlik və nəzarət; Layihə-smeta sənədlərinin təhlil edilməsi, material tələbatının və görülən iş həcmlərinin dəqiq hesablanması; Tikinti sahəsində subpodratçı təşkilatların fəaliyyətinin koordinasiya edilməsi; İşlərin qrafikə uyğun getməsinə nəzarət və görülən işlər barədə rəhbərliyə gündəlik/həftəlik hesabatların hazırlanması; Tikinti sahəsində texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunmasının təmin edilməsi. Namizədə dair tələblər: Yaş həddi: 25 - 45 yaş İnşaat mühəndisliyi sahəsi üzrə ali təhsil; İrimiqyaslı tikinti layihələrində (xüsusilə yaşayış kompleksləri və premium seqment layihələrdə) geniş iş təcrübəsi; Layihə çertyojlarını, sxemləri və texniki sənədləri mükəmməl oxumaq və təhlil etmək bacarığı; AutoCAD proqramından sərbəst istifadə (digər mühəndislik proqramları arzuolunandır); Güclü idarəetmə, təşkilatçılıq və problemləri operativ həll etmə qabiliyyəti. Ciddi, kollektivdə işləmə bacarığı olan Müvafiq sahələrdə iş təcrübəsi olan Məsuliyyətli, stresə davamlı İş şəraiti Əmək haqqı: Razılaşma yolu ilə İş qrafiki: 6 günlük. İş vaxtı saat 9.00-18.00-dək. Əgər qeyd olunan tələblərə cavab verirsinizsə və bu vəzifəyə iddia etmək istəyirsinizsə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına CV atmağınız xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.